adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Mart 2015 12:44
44716
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətlisözlərin bu dəfəki təqdimatında rus atalar sözləri olacaq. Əvvəlcə bu xalqhaqqında məlumat verək:

Ruslar- Slavyan xalqlarından biridir. Ruslar hindavropa dil ailəsininslavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Dünya üzrə yəxmini sayları 160 milyondur. Son siyahıyaalmada Rusiya əhalisinin sayı 142milyon 857 min nəfər qeydə alınıb. Yayılmaəraziləri əsasən Şərqi-Avropa düzənliyi,Volqaboyu, Don və Kuban çaylarıhövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastıdağları,Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amurçayının aşağı axarı və Sixote-Alin sıra dağlarıdır. 

Bundan başqa çoxsayda rus Ukraina (9 mln.), Azərbaycan (150 min) Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min),ABŞ (3,5 mln.), Kanada (500 min), Belarus (800 min) və birsıra başqa ölkələrdə, daha çox şəhərlərində yaşayırlar.

Etiqadı- əsasən pravoslav xristianlığıdır. 

Ruslarapardıqları bütün müharibələrin böyük əksəriyyətini qazanmaqla, dünya xalqlarıarasında və tarixin bütün dövrlərində mübariz xalq kimi tanınıblar. Ammarusları dünyada həm də onun bənzərsiz ədəbiyyatı, elmin müxtəlif sahələrdəqazandıqları uğurları tanıdıb. Rusiyalı yazıçı və şairlər dünya ədəbiyyatının zənginləşməsində böyükrol oynayıblar. Demək olar ki, dünya onların kitablarına müraciət edib, onlarhaqqında oxuyub və yaratdıqları əsərlərə, sözün əsl mənasında heyran qalıb. Fyodr Dostoyevski, İvan Turgenev, AntonÇexov, Vladimir Nabokov, Mixail Şoloxov, Mixail Lermontov, Mixail Bulqakov, MaksimQorki kimi yazarları, Aleksandr Puşkin, Aleksandr Blok, İvan Bunin, SergeyEsenin, İvan Krilov, Anna Axmatova kimi şairləri, Mixail Lomonosov, DmitriyMendeleyev, İvan Seçenov, Aleksandr Popov kimi alimləri bu xalqın hərtərəfliböyüklüyündən xəbər verir.

Siyahınıdaha da uzatmaq olardı, amma əsas məsələyə - rus xalqının tarixindən bu günəsüzülən atalar sözlərinə göz ataq:

 

Axmaqcavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə.

Axmaqlabir şey tapa bilərsən amma bölüşə bilməzsən.

Az bilərsən- daha asan yatarsan.

Beyinfikirləşəndə dil istirahət edər.

Bəxtliadamın xoruzu da yumurtlar.

Arvadağıllı olsa, ailə güclü olar.

Haradaşeytan müvəffəqiyyətsizliyə uğrasa ora qadın göndərərlər.

Qadınlardavə sərxoşlarda gözyaşı ucuzdur.

Həqiqətihamı tərifləyir, amma hamı demir.

İkidovşan dalınca qaçsan, heç birini də tuta bilməzsən.

Qocalanakimi öyrənmə, ölənə kimi öyrən.

Savaşagedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün.

Sağlamvə pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır.

Xəstəyəqızıl yataq belə kömək etməz.

Tənbəllikbütün eyiblərin anasıdır.

Tülkübilir toyuğu harada axtarmaq lazımdı.

Vətəniolmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.

Yalanxəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən.

Yeddidəfə ölç, bir dəfə kəs.

Ağlanılacaq zaman da vardır əyləniləcək zamanda...

Ənyaxşı meymundan belə adam düzəldə bilməzsən.

Xoşbəxtlikömürlük, əzab sonsuz deyil.

Gülməkqarın doyurmaz.

Eşqgözlərdən başlar.

Tutulmayanoğru deyil.

Qar yoxsaizdə yoxdur.

Kim çox səbəbsöyləyirsə, o çox yalan danışır.


Şəfiqə Şəfa