adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Aprel 2015 15:30
44579
RUBRİKA

"Yadların doğma sözü"

"Yadlarındoğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatındahind atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Hindlər – dünyanın7-ci ən böyük dövlətinin xalqı elə ən qədim fəlsəfəni, ədəbiyyatı, mədəniyyət vəincəsənəti yaratmış xalqlardan biridir. Hindistan dünya üzrə ikinci ən çox əhalisiolan ölkədir. Qədim və orta əsrlər Hindistanın elm, ədəbiyyat, incəsənət sahəsindəkinailiyyətləri müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çoxsivilizasiyalarına müsbət təsir göstərib. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəbvə ənənələr Qədim Hindistanda yaranıb inkişaf edib. İlk dəfə hindlilər düyü, pambıq,şəkər qamışı becərməyi, ev quşları saxlamağı öyrəniblər. Amma hindlərin dünyayatöhfəsi bununla bitmir, bu günə qədər bütün dünya tərəfindən sevilən hind rəqsləri,təkrar-təkrar seyr edilən filmləri, bəşəriyyətə kişi və qadının fiziki məhəbbətininsirlərini öyrədən  Kama-Sutrası, dini-fəlsəfiməktəbi, yoqları, mübariz siyasi liderləri həmişə sevilib, öyrənilib.  


Hindistanhaqqında bəzi maraqlı məlumatları da təqdim edək:

Hind təqvimində6 fəsil vardır: Yaz, Yay, Musson, Payız, Qış, Prevernal(Yazdan əvvəl)

Mumbaydakı havailə nəfəs almaq günə 100 siqaret çəkməyə bərabərdir.

Hindli birkişinin 70 ildir necə heç nə yemədən və içmədən yaşadığının mümkünlüyü alimlər hələdə tapa bilməyiblər.

Dünyanın ənböyük ailəsinə sahib kişi bir hindlidir. Onun 39 arvadı və 94 uşağı var.

Hindli birkişinin itlə evlənməsi qədim adətlərdən biridir.

 

Keçək bu böyükxalqın ata sözlərinə:

 

Ağac kökləri iləyaşar, insan dostları ilə.

Ağıl tənbəladama xoşbəxtlik gətirməz.

Ağıllı adam,ağılsız adamın son etdiyini əvvəldə edər.

Ağıllı adamlaröyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar.

Ağılsızyaxşılığın əhəmiyyəti yoxdur.

Ağlın varsa,onunla iş gör, əgər yoxdursa, onda atalar sözü ilə iş gör.

Əsl əhəmiyyətliolan dünənki halımızdan üstün olmağımızdır.

Bilikdən yaxşıdost yoxdur, azardan pis düşmən.

Gedilməyənyolları tikan və kollar basar.

Ehtiyatsızlıq fəlakətinanasıdır.

Gözdə göz yaşıyoxdursa, ruhda göy qurşağı yarana bilməz.

Xoşbəxtlik həmişəcəsurların tərəfində olur.

Kim başqalarınaxoşbəxtlik gətirirsə, o, özü xoşbəxtdir.

İşləməyən dəmiriöz pası məhv edər.

Qadın o qədərincə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.

Qəlbi elmin,mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub.

Saç-saqqalağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər.

Qısqanclıq gəncliyinvərəmidiir, onu sağaltmaq çətin olur.

Müdrik adama dadost lazımdır.

Sənin oğlun səninözündür.

Sənə oğuldoğmuş qadına anan qədər ehtiram göstər.

Zülm küləyi əsəndənizdən intiqam buxarı qalxar.

Küləyin istiqamətinidəyişə bilmərik, amma gəminin istiqamətini dəyişmək olar.

 Fil darda olanda hətta qurbağa da onu təpikləyər.

 Beyinə nəzarət etmək sərxoş meymuna nəzarətetməyə bənzəyir.

Böyük beyinsahibləri ideyaları, orta beyin sahibləri hadisələri, kiçik beyin sahibləri isəinsanları müzakirə edir.

Oğru elə bilirki, hamı oğurluqla məşğuldur.

Çaydayaşayırsansa, timsahla dostluq etməlisən.

Hətta okeandatapmadıqlarını balaca çayda tapa bilərsən.

Bir dəli itlər,bir də ingilislər günün günorta çağı gün altında olurlar.

Allahı pələngiyaratdığına görə günahlandırma, ona qanad vermədiyinə görə minnətdar ol.

Odu dadsanağzın yanacaq.

Köhnə səbir təzəhəkimdən yaxşıdır.