adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2015 14:44
46789
RUBRİKA

"Yadların doğma sözü"

"Yadlarındoğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatındaalman atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Almanlar – dünyadaalmanca danışan 80 milyon etnik alman var. Bundan başqa, ABŞ-da, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan vəalmanca danışmayan 85 milyona yaxın şəxs etnik baxımından almandır. Beləliklədünyada 165 milyona qədər insan bu xalqın nümayəndəsidir.

Bir etnos kimialmanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar.Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan eniberamızın I əsrinə qədər bu əraziləri ələ alıb, burada keltlərlə, slavyanlarla vəUral tayfalarıyla qarışıblar.

1517-ci ildəbaşlayan reformasiya almanları dini baxımından bir-birindən ayırıb. Hazırdaalmanlar katoliklər və protestanlara bölünürlər. Dünyanın ən böyük kilsəsi də AlmaniyadaUlm şəhərindədir (162 metr).

Alman diliAlmaniyadan başqa rəsmi və ya qeyri-rəsmi bu ölkələrdə danışılır: Avstriya, Danimarka,İsveçrə, Lixtenşteyn, Lüksemburq, Çexiya. Bundan başqa, Almaniyanın keçmiş müstəmləkələrindədə hələ alman dili "ağalıq” edir: Afrikada – Toqo, Namibya, Cənubi Amerikada –Çili, Peru.  Alman dili dünyada ən çoxöyrənilən 3-cü dildir.

Almanlar bəşəriyyətinyaddaşında təkcə dəqiqliklərinə, xəsisliklərinə və yüksək texnoloji məhsullarınagörə qalmayıblar. Dünya ədəbiyyatına Qrim qardaşları, Herman Hesse, GünterQrass, Stefan Sveyq, Henrix Heyne, Fridrix Şiller, Patrik Zyüskind  kimi ədiblər bəxş edib. Yeri gəlmişkən, elə ilkkitab da Almaniyada çap olunub. Alman alimi Quttenberq 1445-ci ildə çap üsuluilə ilk kitabını buraxıb. Bundan başqa, Albert Eynşteyn, Om, İmmanuel Kant, KarlMarks, Nitşe, Hegel kimi dünya şöhrətli alim və mütəfəkkirlər, İohan Bax, LüdviqBethoven kimi bəstəkarları ilə də bu xalq yaddaşlara həkk olunub.

 


İndi görəkalman ataları nə deyirlər:


Axmaq öz işinigörməz, hamının işinə burnunu soxar.

Balıqlarqarmaqla, insanlar şirin dillə ovlanar.

Sülh vaxtı bir yumurta, müharibə vaxtı bir öküzdən dahayaxşıdır.

Borc alan,azadlığını satar.

Bütün adamlarınqanı qırmızı, bacarıqları fərqlidir.

Etimad idarəyəmaneə deyil.

Evlənərkənqulaqlarına yox, gözlərinə inan.

Gözlər özlərinə,qulaqlar başqalarına inanarlar.

Göz mədədənböyükdür.

Əldəki sərçə,damdakı göyərçindən yaxşıdır.

Əsəbin dərmanıvaxt-zamandır.

Qana qan, dişədiş.

Hər kəs öztaleyinin dəmirçisidir.

Xahiş daimisti, təşəkkür daim soyuqdur.

Xarab yumurtabütün yeməyi pozar.

İşləmək çörək,tənbəllik qıtlıq gətirər.

İş, işi çəkər.

Kiçik oğrular tutular,böyük oğrular sərbəst buraxılar.

Qarğalarladostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.

Qart quşuyolmaq çətindir.

Şərab qədəhində,dənizdə boğulanlardan daha çox insan boğular

Qorxaq olduğunubilməyən hər kəs cəsurdur.

Qürbətin odu davətənin tüstüsü qədər parlaq deyil.

Özünüolduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.

Paylaşılansevinc iki qatına çıxar.

Səndən xahişetməyənə qədər heç kəsə məsləhət vermə.

Səni bəsləyən əlidişləmə.

Şəhidlərin qanı gələcək nəsilləri yetişdirmək üçündür.

Tanrı qarışqanıyox etmək istəyincə, ona qanad taxar.

Təhsil azadlığaaparar.

Təhsilsizinsan, cilasız aynaya bənzər.

Tək gözlü olmaqkor olmaqdan yaxşıdır.

Tələsik işəşeytan istiqamət verər.

Təvazökarlıq bəzəkdir,lakin onsuz müvəffəqiyyət daha tez əldə olunar

Yemək bişirməkköhnə tavalar ilə öyrənilər

Yaxşı oyunçunutop da görür.


Şəfiqə Şəfa