adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2015 15:49
49065
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında bolqar atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Bolqarlar– Cənubi Slavyan xalqıdır. Erkən orta əsrlərdə Balkan slavyanlarının, türktoplumu olan bulqarların və frakiyalıların qarışığından yaranıblar. Belə iddiaedilir ki, "bolqar” sözü osmanlı türklərinin bu xalqa verdiyi addır (türklərdə- bulqar). Bildirilir ki, əslində "bulqar” deyil, "bulyar”dır. Yəni yarını bul, tap. Sözünbelə yarabmasına səbəb isə bu xalqın məhz qarışıq izdivacdan yaranmasıdır.

Bolqarlaröz ölkələrində 8 milyona yaxındır. Onlardan 6 milyonu etnik bolqarlardır.Bundan başqa, Ukrayna, Moldaviya, Rusiya, Serbiya, Macarıstanda da kifayət qədərbolqarlar yaşayır.  

Bolqarlarındünyaca məşhur simalarına gəlincə, təkcə görücü Vanqanın adı kifayətedər. Bütün dünya hələ də onun dəqiq proqnozlarını danışır.

Bundanbaşqa bir çox ölkələrdə istifadə olunan kirill əlifbasının yaradıcıları Kirillvə Mefodiy qardaşları da bu xalqın nümayəndəsi olublar.    

 

Bolqarıstanhaqqında maraqlı məlumatlar:


*Bolqarıstan kiril əlifbasının rəsmi istifadə olunduğu ilk ölkədir.

* Dünyadailk kompüter yaradıcısı Bolqar mütəxəssis – Con Vinsent Atanasov olub.

* Bütündünyada "hə” kimi qəbul olunan başın yuxarı-aşağı hərəkəti bolqarlarda əksinədir,yəni "yox" deməkdir. Başın sağa-sola yırğalanması isə "hə” anlamına gəlir. Bu daBolqarıstana gələn turistlərdə çaşqınlıq yaradır.

* Bolqaradətində doğum günündən sonra ad günü də keçirirlər. Çünki bolqarlar uşağa adıdərhal qoymurlar. Bu, 1 həftə - 1 ay arasında ola bilər.

* BolqarıstanAvropada arxeoloji qazıntılara görə 3-cü yerdədir. Birinci yerdə isə Yunanıstanvə İtaliya gəlir.

* XX əsrəqədər bolqarların 80%-i kəndlərdə yaşayırdı. Çünki Bolqarıstanın əsas gəliri kəndtəsərrüfatı sahələrindədir.

*Bolqarıstanınərazisində 4000-ə yaxın mağara var.

*Dünyanınən hündür kaktusu Bolqarıstanda bitir. Onun hündürlüyü 7 metrdir.

*Dünyanın ən qoca palıdı da Bolqarıstandadır – 1650 yaşı var.

 


İndi də  bolqar atalarının söz mirası:

  

Qış günəşinə,qadın gülüşünə inam olmaz.

Qadınkölgə kimidir, onu təqib edəndən qaçar, önündəkinin arxasınca gedər.

Kişiyaşını gizlədəndə, qadın isə gizlətməyəndə qocaldığı bilinər.

Şərablabaşlayan dostluq bir geçə çəkər.

Meyxanadayazılan söz, cənnətdə oxunmaz.

Kömürsönsə də, odunun alışmasına kömək edər.   

Qızıl taxtınölənə nə faydası?!

Gülər üz - qızıl açardır.

Böyükanbar, kiçik ölçəklə dolmaz.

Birçılpağı min zirehli soya bilməz.

Dəlilərəzəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar.

Ətindadını bilən çoban itindən xeyir gəlməz.

Ac köpək sürünü qorumaz.

Göydəkiulduzları deyil, yerdəki sürülərini bir daha say.

Kim nəetsə özünə qayıdar.

Parlayanhər şey qızıl deyil.

Torbada nəvarsa, şorbada da o var.

Birolsun, pir olsun.

Bəxt səndənküsəndə sən onunla barışmağa çalış.

Dayçanınalladıqlarını görən qurbağa da ayağını qaldırdı.

Qalxıbenməkdənsə, oturduğun yerdə qal.

Kiçikqazanclar sərvət gətirər.

Qardaşlarınsərvəti bərabər həddə olanda mehriban olarlar.

Zaman vəsel heç kimi gözləməz.

Şənyoldaş yolu qısaldar.

 

Şəfiqə Şəfa