adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyul 2015 16:16
53100
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adlı dünyaxalqlarından seçilmiş hikmətli sözlərin budəfəki təqdimatında latın atalarsözləri olacaq. 

Bəzi millətlərinpayına uzunömürlülük, bəlkə də əbədilik yazılıb. Çünki ta qədimdən mövcudolublar, bu gün də yaşamını davam etdirirlər. Təbii ki, zamanın sınağına tab gətirməyibparçalanan, kiçilən, dünya üzərində əvvəlki hakimiyyətini itirən xalqlar da var.Amma o xalqlar ki, eradan əvvəl də, indi də elə öz adları ilə var olublar,onlara həsəd aparmamaq olmur. Bir xalq da var ki, yer üzündən silinib, amma ölməyib,onu ölməyə dili, ədəbiyyatı, zəngin irsi qoymayıb. Bu gün dünyanın əksərxalqlarının əlifbasından istifadə etdiyi, atalar sözlərini, aforizmlərini,dilini öyrəndiyi möhtəşəm  - LATIN. Bəli,möhtəşəm dil olduğu danıla bilməz, dünyanın qədim və müasir elmini, ədəbiyatınıbirləşdirən müdriklərin dili. Söz və əlifbası ilə dünya dillərinin ən az yarısınıtəşkil edən bir dil... Kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədənbeynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvvür etmək qeyri-mümkündür. Həttaifadələrin də əksəriyyətini bu dildən almışıq: "İkinci "Mən””, "Süd anası”, "Korməhəbbət”, "Qızıl orta”, "Sözdə qəhrəman” və s. İnanmaq olmur eləmi? Adama eləgəlir ki öz dədə-baba ifadə və sözlərimizdir. Hələ atalar sözlərini oxuyanda dabu günə qədər dilimizə hopmuş, özümüzün bildiyimiz fikirlərə rast gələcəyik.Kobud da səslənsə, yiyəsi olmayan dili mənimsəyərlər və bütün dünya da eləbununla məşğuldur.


Qeyd edək ki, hind-Avropadillərinə daxil ölü dil olan latın dili ən çox Qədim Roma ərazisində işlədilib,elə hazırda da Vatikanda dövlət dilidir.

Latın millətionun ilk nümayəndəsi - əfsanəvi çar Latinusun adı ilə bağlıdır. Yunanmifologiyasında onu Odisseyin və ya Heraklın oğlu təsvir edirlər. Eradan əvvəlI əsrdə Apennin yarımadasının qərbində Latsiya adlı dövlət yaranıb. Buranınsakinləri isə latinium adlanırdı. Kiçik dövlətin paytaxtı Roma şəhəri idi. Tədricən,yarımadaya yığışan və çoxalan indikiitalyanların içində latınlar "əriməyə” başlayıblar. Özlərini romalılar adlandıran yeni toplum ərazisinə sahib çıxdığı xalqın dilinə, ədəbiyyatına, qanun-qaydalarına da sahib çıxıb. Latınlar bir xalq kimi e.əV-VI əsrdə məhv olublar. Bu barədə məlumat 1978-ci ildə qədim şəhər olan Satrik(Romadan 50 km aralı) viranəliklərində tapılmış sənəddən alınıb. Araşdırmalaragörə, ən qədim rəsmi sənədlər, yazışmalar da latınlara aiddir.  

 

Günümüzdə birçox xalqların folkloruna daxil olmuş latın atalar sözləri:

 

Allah onutanıyanları tanıyır.

Sağlam bədəndəsağlam ruh olar.

Vərdiş - ikincixasiyyətdir.

Zövqlər müxləlifdir.

Ölülər haqqındapis danışmazlar.

Xarici görünüşaldadıcı ola bilər.

Parçala və hökmet.

Saqqal filosofolmağa bəs eləmir.

Heç kimi sevməyəniheç kim sevmir.

Kim birinci gəlirsə,qəniməti də o aparır.

Sərxoşlamübahisə edən, olmayan düşmənlə vuruşur.

Bir anda eləşey baş verir ki, ona illərlə ümid etmirsən.

Zirvəyə aparanyol çətin olur.

İnsan insanıncanavarıdır.

Tez qərar verən,tez peşman olur.

Uca palıd ilk zərbədənaşmaz.

Həyatın əsasqanunu - həddən ziyadə heç nə.

Kiçik borcborclu edir, böyük borc düşmən.

Başqalarınınqüsurları gözümüzün önündədir, özümüzünkü kürəyimizin arxasında.

Dostlar - vaxtoğrularıdır.

Eşq yarasını vuranmüalicə edər.

Məhəbbət dərmanlamüalicə olunmur.

İncəsənət əbədidir,həyat qısa.

Qoçaqlara taleyardım edir.

Nəzərəçarpmadan yaşayan yaxşı yaşayır.

Yaxşı sağlamlıqən böyük var-dövlətdən bahadır.

Ağzını yum,gözlərini aç.

Heç kim düşüncələrinəgörə cəzalandırılmır.

Vicdan — minşahiddir.

Tale irəli getməkistəyənləri aparır, istəməyənləri - sürüyür.

Nə qədər ki, həyatvar, ümid var.

İki nəfərmübahisə edəndə, üçüncüsü sevinir.

Sərt tərbiyə - ənyaxşısıdır.

Heç nə heç nədənyaranmır.

Təcrübə - ənyaxşı müəllimdir.

Cəhənnəmə düşməkasandır.

Şayiələrdolaşdıqca böyüyür.

Düşməndən dəöyrənmək olar.

Bacardığımıetdim, kim bacarırsa daha yaxşısını etsin.

Nəticə – işintacıdır.

Şan-şöhrətxasiyyəti dəyişir, amma nadir hallarda yaxşıya doğru.

Əmin olmayandabitərəf qal.

Həqiqət şərabdadır,sağlamlıq suda.

Qəzəb qısamüddətlidəlilikdir.

Alaq otu tez boyatır.

Zaman dəyişir,onunla birlikdə biz də dəyişirik. 


Şəfiqə ŞƏFA