Yalnız bu şərtlərlə davam gətirə bilərik - Bayraqdar
Ədalətsizliyin və qanunsuzluğun beynəlxalq münasibətlərin yeni normasına çevrildiyi bir dövrdə Türkiyə yalnız yerli texnologiyaya güvənmək şərti ilə ayaqda dura bilər.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Səlcuq Bayraqdar sosial şəbəkədə paylaşımında qeyd edib.
Dron istehsalçı-şirkətinin rəhbəri Venesueladakı vəziyyətə diqqət çəkərək, baş verənlərin Türkiyə rəhbərliyinin milli texnoloji irəliləyişlərə sadiqliyinin düzgünlüyünü bir daha nümayiş etdirdiyini vurğulayıb.
O, yerli texnologiya sektorunun və müdafiə sənayesinin inkişafını həm Türkiyə, həm də dost dövlətlər üçün əvəzolunmaz adlandırıb.
“Dünyada güclünün hüququnun hökm sürdüyü bir dövrdə heç kim özünü təhlükəsiz hiss edə bilməz. Bu dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü və müstəqilliyini gücləndirməlidirlər”, - deyə Bayraqdar vurğulayıb.
Digər Xəbərlər
03 Fevral 2026 10:37
SEPAH-dan Vaşinqtona mesaj
03 Fevral 2026 10:01
"Azərbaycanla müharibə səhifəsi bağlanıb" - Simonyan
03 Fevral 2026 09:45
İran hökuməti növbəti etirazlardan qorxur - KİV
02 Fevral 2026 21:00
Ərdoğan: Türkiyə regionda sülh və sabitlik üçün çalışır
02 Fevral 2026 20:44
ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
02 Fevral 2026 20:30
NATO-nun Baş katibi sabah Ukraynanın Ali Radasında çıxış edəcək
02 Fevral 2026 20:00
Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski
02 Fevral 2026 19:21


Bakı -°C

