Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq
"Cəmi 5 illik bir dövrdə Azərbaycanda 4 böyük sosial islahat paketi həyata keçirilib. Növbətinin anonsunu ölkə başçımız verdi. Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 4 sosial islahat paketi 5 illik dövrdə 4 milyon insanımızı əhatə edib, 7 milyard manat vəsait ayrılıb: "Sizin hər biriniz dövlət büdcəsini qiymətləndirirsiz. Hər ilin büdcəsində əlavə 7 milyard manat əhaliyə ödənişlərin artırılmasının nə demək olduğunu millət vəkillərimiz hər kəsdən gözəl başa düşür. Qısa bir dövrdə ölkədə minimum əməkhaqqı 2,7, minimum pensiya isə 2,5, orta aylıq pensiya 2,4 dəfə artıb. Ən həssas təbəqədən olan, müavinət və təqaüd alan insanların ödənişləri 5 dəfə artıb. Bu dövrdə əmək müqavilərinin sayında 600 minə yaxın artım oldu. Ölkənin əməkhaqql fondu 3 dəfə artdı".
Digər Xəbərlər
02 Fevral 2026 12:48
Deputat maaşların artırılmasından danışdı
02 Fevral 2026 08:50
Bazarlarda satılan yağ...
29 Yanvar 2026 17:19
Azərbaycan Mərkəzi Bankında YENİ TƏYİNAT
29 Yanvar 2026 16:06
"İndiki mərhələdə belə bir dönüş nöqtəsinə ehtiyac var" - İqtisadçı
29 Yanvar 2026 15:14
Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi
29 Yanvar 2026 12:31
Əhalinin banklardan asılılığı artıb - RƏQƏMLƏR
29 Yanvar 2026 12:08
Naxçıvanda 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
29 Yanvar 2026 11:42


Bakı -°C

