adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 07:39
61
MARAQLI
A- A+

Yaponların sürətli paltar qurutma texnikası

Qış aylarında quruducu maşın olmadan qalın sviter, cins şalvar və dəsmalları qurutmaq həm çətin olur, həm də evdə rütubət yaradır. Yaponiyada geniş tətbiq olunan xüsusi asma texnikası və sadə qaydalarla bu prosesi dəfələrlə sürətləndirmək mümkündür.

Adalet.az xəbər verir ki, yapon qurutma üsulunun əsas məntiqi geyimləri ölçülərinə görə strateji sıra ilə asmağa dayanır:

Kənarlara uzun parçalar: Paltarqurudanın kənar hissələrinə şalvar, qalın kofta və böyük dəsmallar asılır.

Mərkəzə qısa parçalar: Orta hissəyə isə tişört, corab və alt paltarları yerləşdirilir.

Geyimlərin yaratdığı bu qövs formalı nizam havanın rahat dövr etməsini təmin edir və quruma müddətini maksimum dərəcədə qısaldır.

Paltarların qurumasını sürətləndirən digər qızıl qaydalar:
Paltarları maşından çıxarmazdan əvvəl parçanın icazə verdiyi en yüksək dövriyyədə sıxdırın və asmazdan öncə yaxşıca çırpın.

Paltarqurudanı həddindən artıq doldurmayın, geyimlər arasında mütləq boşluq saxlayın.

Qurudanı divarlardan uzaq, işıqlı və hava axını olan odaya qoyun. Divarda kif və pəncərədə tərləmə olmaması üçün otağı tez-tez havalandırın.

Kondisionerin "Dry" (Rütubəti alma) rejimindən istifadə edin: Qurudanı kondisionerin yaxınlığına qoyub bu rejimdə çalışdırmaq otaqdakı rütubəti çəkərək geyimləri səhərə qədər tam qurudur.

Qalın geyimləri şkafa yığmazdan əvvəl tikiniş xətlərini, ciblərini və kəmər yerlərini yoxlayın. Paltarlardan gələn rütubət qoxusu onların normadan artıq nəm qaldığını göstərir.