09 Aprel 2025 12:10
642
HADİSƏ

Yardımlıda azyaşlı fahişəliyə cəlb edildi - Anası və 3 nəfər həbs olundu

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

"Onlardan biri, azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır. Azyaşlı reabilitasiyaya cəlb ediləcək,sığınacağa yerləşdiriləcək", - deyə K.Ağazadə qeyd edib.