adalet.az header logo
  • Bakı -°C
31 Dekabr 2023 21:00
1635
KRİMİNAL
A- A+

Yasamalda evdən pul və qızıl-zinət əşyalarını oğurlayan şəxs SAXLANILDI

Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.