"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib.
Adalet.az xəbər verir ki, budəfəki həftə 12-14 yaş aralağında olan iştirakçıları əhatə edib.
Açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və suallar cavablandırılıb.
Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol və voleybol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər. Parkur saatında birincilik uğrunda mübarizə də marağa səbəb olub.
"ABAD" tərəfindən təşkil olunan təlimdə uşaqlar praktik biliklər əldə ediblər. Hotelin dəstəyi ilə kulinariya mövzusunda reallaşdırılan ustad dərsində isə dadlı təamlar hazırlanıb.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova möhtəşəm canlı ifaları və dəstəyi ilə düşərgəni daha da rəngarəng edib.
Həftə çərçivəsində düşərgə iştirakçıları Səid Əsədzadənin və Zeynəb Paşazadənin doğum günləri də qeyd olunub.
Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: "NEQSOL Holding", Bakcell, Norm, "AMO Corporate Group", "GILTEX" MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, "Bilim Bakı" mərkəzi
Media dəstəyi: ASAN Radio/TV
Digər Xəbərlər

Yeni yerüstü piyada keçidi inşa olunur

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək - VİDEO

Bu ərazilərə yağış yağıb - Faktiki hava

"Canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər" - Mərkəzi Nəbatat Bağından MÜRACİƏT

Azərbaycanda hostellərə müşahidə kamerası qoyulacaq

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
