Yemək yemirsinizsə, çay vermirik!
Dostumuz və qardaşımız Səməndər müəllim bir dəfə İsmayıllı- Muğanlı yolunda yüksəkliyə qalxandan sonra gözəl bir yerdə çay içmək istəyir.
Ailəsi də yanında! Xidmətçi oğlan gəlir, deyir ki, mürəbbəsiz çay vermirik. Gərək mürəbbə olsun! O da bildirir ki, yaxşı, olsun! Ya zoğal mürəbbəsi, ya da moruq mürəbbəsi. Çünki şəkərim var. Xidmətçi oğlan da onu dinləyir və deyir ki, o mürəbbədən yoxdur, əncir mürəbbəmiz var. Əgər əncir mürəbbəsi ilə içmirsinizsə, sizə çay vermirik. Müəllim də dilxor olur, «sizin insafınız yoxdur» - deyib gedir və çay içmir.
Bir dəfə də Ağsu dolamalarında gözəl məkanda yenə çay içmək istəyirlər, onda da xidmətçi qaça-qaça onların qabağına gəlir və deyir ki, yemək yemirsinizsə, çay vermirik! Bax, biz bir şeyi başa düşmürük. Belə də xidmət olar? Biri çay içməlidi, mütləq yanında ya mürəbbə verirlər, ya da yemək olmalıdı. Bu ona bənzəyir ki, biri fil satır, deyir ki, üstündə də bülbül var. Alırsan al, almırsan çıx get! Bax belə!
Emil FAİQOĞLU
Digər Xəbərlər
02 Oktyabr 2026 17:47
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
02 Oktyabr 2026 16:41
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026 13:54
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
02 Oktyabr 2026 13:21
“Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq
02 Oktyabr 2026 12:22
"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
02 Oktyabr 2026 11:52
“Yaxşı olar ki, “manatlıq” taksi fəaliyyəti ilə məşğul olan insanlar...”
02 Oktyabr 2026 11:16
Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib
01 Oktyabr 2026 13:40


Bakı -°C

