Yenidən prezident seçilən Lukaşenko ilk səfərini bu ölkəyə edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya edəcək.
Adalet.az xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Dmitri Krutoy “Belarus 1” telekanalında məlumat verib.
O qeyd edib ki, Lukaşenkonun özü artıq Rusiya Federasiyasına səfər edəcəyini açıqlayıb. Belarus prezidenti Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.
Krutoy vurğulayıb ki, səfər zamanı “bir sıra əlavə əlaqəli tədbirlər mümkündür” və hazırda bu tədbirlər üzərində iş aparılır.
Administrasiya rəhbəri Lukaşenkonun Belarusun “xarici dostlarından” çoxlu sayda dəvət aldığını bildirib. O qeyd edib ki, Respublikanın Xarici İşlər Nazirliyi hazırda onları təhlil edir və bunun əsasında Belarus Prezidentinin beynəlxalq səfərlərinin qrafiki hazırlanacaq.
Krutoyun sözlərinə görə, Minsk də öz növbəsində bir çox xarici liderləri qəbul etməyə hazırlaşır.
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
