Yevlaxda avtomat satmaq istəyən şəxs tutuldu
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərı nəticəsində odlu silah satmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə odlu silah satmaqda şübhəli bilinən rayon sakini İlkin Əliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki torbaya baxış keçirilərkən 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 9 ədəd patron aşkar edilərək götürülüb. Həmçinin onun üzərindən güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Dindirilmə zamanı İ.Əliyev silahı rayon ərazisindən tapdığını və 2300 manat müqabilində şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmaq istədiyini bildirib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

