Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabının təqdimatı olub - FOTOLAR
İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Adalet.az Təqdimat mərasimində RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq gül dəstələri qoyulub.
Daha sonra ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyə keçən hər kəsə minnətdarlıqlarını bildirib, “İsmayıllının Zəfər Şəhidləri” kitabının gələcək nəslin Vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.
Kitabın müəllifi Yusif Məhəmmədoğlu kitab haqqında məlumat verərək bildirib ki, “İsmayıllının Zəfər Şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.
Tədbir “Niyal” instrumental ansambılının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.
Digər Xəbərlər
08 Noyabr 2025 11:53
“Mən belə bir cəmiyyət heç yerdə görməmişəm...”
07 Noyabr 2025 15:47
Əsrimizin Koroğluları, Babəkləri...
07 Noyabr 2025 14:56
"Hazardan Akdenize" antologiyası Kapadokyada təqdim olunub
07 Noyabr 2025 14:47
“Zəfər. Tam və Qəti Qələbə” kitabı ictimaiyyətə təqdim olunub
07 Noyabr 2025 14:15
"Gözümün nuru - Vətən" filminin təqdimatı keçirilib
07 Noyabr 2025 12:23
Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası
06 Noyabr 2025 21:24
Kəramət Böyükçölün atasına VƏZİFƏ VERİLDİ
06 Noyabr 2025 11:50


Bakı -°C

