adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Dekabr 2016 11:25
139723
RUBRİKA

"Yuxu planlarımı dəyişə bilir" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.


"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şairə Rəbiqə Nazimqızıdır. Adalet.az müsahibəni təqdim edir:


- Froydagörə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Mənimüçüm konkret cavab vermək çətindir. Yaxşısı budur, öz gördüyüm yuxular barədədanışım. Freyd – mən belə deməyi xoşlayıram – dediyi məqamlar da var, yənireallaşmamış arzularını bəzən yuxuda görür adam. Hətta bizdə belə bir atalar dasözü də var: ac toyuq yuxuda darı görər. Amma arzularla bağlı olmayan yuxularda olur axı. Məsələn, mən babamın və başqa adamların ölümünü görmüşəm. Elə həminsəhər reallaşıb. Buna Freyd nə deyir, bilmirəm, amma məncə, yuxu informasiyaötürür. Keçmiş, indi və gələcək barədə məlumat. Nə qədər mistik yanaşırıqsa,bir o qədər riyazi dəqiq nəsə var burada. Amma əsaslandırmasını bilmirik, bəlkə,nə vaxtsa məlum olacaq, nə vaxtsa yox.


- Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

- Birbaşa təsir göstərir, yaxşı hesab elədiyim yuxuyaxşı ovqat yaradır, pis hesab elədiyim pis. Gün ərzində bir neçə saat bu təsirinaltında oluram. Adətən yuxularım çin çıxır. Bununla belə, heç vaxt planlarımıyuxularıma uyğun qurmuram. Bəli, yuxu xəbərdarlıqdır. Amma nə xəbər eləyir, eləsin,mən həmişə daxili səsin dediyini seçirəm. Amma başqa bir məqamı deyim. Bəzənyuxu planlarımı dəyişə bilir. Məsələn, bir rəfiqəmlə böyük bir incikliyimizolmuşdu. Neçə aydı danışmırdıq, ondan heç bir xəbərim yox idi. Yuxuma gəldi,boynumu qucaqlayıb ağladı. Oyanandan sonra ona doğma olan adamı axtardım, dedi,xəbərim yoxdu, "lənət şeytana, qürur yeri deyil” deyib zəng vurdum, səsi xoşumagəlmədi, dedi, ağrıyıram, təkəm, bizə gəl. Getdim, məlum oldu ki, çox böyük biritkiylə qarşılaşıb.


- Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

- Mütləq.Bəzən alınır, bəzən yox. Detalları anlamaqda çətinlik çəksəm də, ümumilikdə məğzianlayıram, hər halda bilirəm, gün necə keçəcək.


- Yuxuların mistik hadisə olduğunainanırsınızmı?

- Bilmirəm. bizəmistik gələ bilər, amma bəlkə də, burada mistik heç nə yoxdur, qanunauyğunluqdur,kainatdan, yaradıcıdan gələn mexanizmdir, ya elmi əsasları var, bilmirəm.


- Gördüyünüz yuxular çin olurmu, yada əksinə?

- Səksən faizi çinçıxır. Ümumiyyətlə, məndə hissiyyat güclüdür. Çox zaman da bundan əziyyət çəkirəm,narahat oluram.


- Həyatınızdagördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Birdəfə bir yuxu gördüm, detallarına varmayacağam, pəncərə vardı, sevdiyim obrazvardı, çox lirik yuxuydu, oyandım və gördüm ki, şeir yazmaq istəyirəm. Yazdım:"bu mənəm, gəlmişəm, oturmuşam pəncərənin altında”. Bizim şeir adlanır. Oradanə yazılıbsa. O yuxuda gördüyümdür.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar.Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki,insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Məncə, yuxularım rənglidir,daha doğrusu, oyananda onları rəngli xatırlayıram. Hətta qoxuları da yuxuda oqədər dəqiq hiss edirəm ki...


- Hansı doğmanızı daha çox yuxudagörürsünüz?

- Qızımı vədostlarımı, sevdiyim adamları çox görürəm.


- Yunan filosofu Heraklın yuxu haqda məşhurbir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxudaolanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”.Siz necə fikirləşirsiniz?

- Məncə elə oyaq vaxtı da hərəöz dünyasında olur. Yuxuda da belədir.


- Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

- Bəzən hə, bəzən yox.Baxır kimi, baxır hansı yuxu