adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Dekabr 2016 11:55
150251
RUBRİKA

"Yuxuda musiqi bəstələdiyim olub" - YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrindəəli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızınsakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içindəeynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bukütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajıolmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında"Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizimşüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı”rubrikasının bu dəfəki qonağı yazar Günel Natiqdir. Adalet.az müsahibəni təqdim edir:


-Freydə görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrifolunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Freyddənsonra başqa bir məşhur nəzəriyyəçi Karl Yunq uzun müddət Freydin nəzəriyyəsiniöyrəndikdən sonra öz fikrini irəli sürüb. O bildirib ki, yuxunun təbiətiinsanın psixologiyasından asılıdır. Və onun fikrincə, yuxu heç də Freydindediyi kimi, arzuların əksi deyil, insanın özünün, onun bütün mahiyyətinin ifadəsidir.Məncə də bu, insanın psixoloji vəziyyətiylə bağlı bir məsələdir. Yuxu insanduyğularının deformasiya edilmiş şəklidir. Nitsşe deyib ki, ilk insan inanırdıki,öz yuxularında ikinci real dünyanı yaradır. Onun fikrincə, əgər insanlaryuxu görməsəydilər, o biri dünyanın mövcud olduğuna inanmazdılar. Qədimlərdəinanırdılar ki, insan yatarkən onun ruhu bədənindən çıxır və bütün dünyanıdolaşır. Ona görə yatmış adamı oyatmaq təhlükəli sayılırdı. Hətta ruhlara inamda məhz bu sayaq yaranıb.


- Yuxularınız həyatınıza necə təsir göstərir,yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxulara əsasənplan qurmaq əslində absurd sayıla bilər. Filosoflar belə hesab edir ki, yuxuyaetibar yoxdu. Yuxuyozmaları şərh edən məşhur nəzəriyyəçilər yuxuları yozmağı mənasızhesab edirlər və deyirlər ki, ki, insanın psixikası ilə bağlı olan bu məqamı gələcəkvə ya baş verəcək hər hansı bir olayla bağlamaq absurddur. Düzdür, yuxuyozma iləbağlı çox çox qədimlərdən gələn təcrübələr başqa söz deyir. Xatırlayıram ki, illəröncə gördüyüm bir yuxu mənim qərarıma təsir edib. (Hansısa bir məsələdə önəmli bir qərar verməliydimvə bu qərardan mənim bütün həyatım asılı idi). Yuxuda gördüm ki, hər tərəf bəmbəyazqarla örtülüdür və bu, çox gözəl, insana hüzur verən bir mənzərəydi. (Reallıqdayay fəsli idi). Oyananda mən hər şeyin yaxşı olacağını düşündüm və həmin addımıatdım.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Yuxular nadir hallarda yadımda qalır. Ya daçox tez unuduram. Əslində elmi araşdırmalara görə, yuxunu hamı görür, amma heç də hamı onu yaddasaxlaya bilmir... Uşaq vaxtı belə şeylərlə maraqlanırdım. Yeniyetməlik dövründəinsan mistik şeylərə maraq duyur. Artıq o mərhələni çoxdan keçmişəm. Lakin deyimki, çağdaş dünyada yuxuyozmalardan xüsusi məqsədlər üçün istifadə olunur. Bununüçün müxtəlif metodlar var. Müəyyən cihazlar vasitəsilə beyinə siqnallarötürülür. Yuxuyozmalar insan və onunpsixikası üçün bəzən məlhəm kimidir. Belə hesab olunur ki, şüurlu şəkildə yuxugörən adam onu öz həyatında gerçəkləşdirə bilər. Yəqin ki, bəşəriyyət yaxın 100il ərzində yuxulardan praktikada geniş istifadə edə biləcək.


- Yuxuların mistik hadisə olduğunainanırsınızmı?

- Hər halda yuxulara bir cür yanaşmaq düzgündeyil. Bunun mistik tərəfi də var. Bir şair deyirdi, yuxularım bəlkə çox-çoxillər sonra olacaqların əksidir, kim bilir. Məsələn, mən sözün də mistik gücünün olduğuna inanıram.Yazı yazarkən dəfələrlə bunun şahidi olmuşam...

Yuxuların nəqədər davam etdiyi barədə belə tədqiqatçılar bir nəticəyə gələ bilməyiblər. Bəzitədqiqatçılar bunun saatlarla davam etdiyini söyləyir. Amma amerikalı bir araşdırmaçıbu təzadlı fikirlərə son qoyub. O, bir neçə könüllü seçir və onları hipnozlayatırır. Müəyyən bir saatdan sonra oyadıb nə yuxu gördüklərini soruşur vəaydınlaşdırır ki, yuxular cəmi bir neçə saniyə ərzində görülüb. Ən uzun sürənyuxu 20 saniyə davam edib. Təsəvvür edirsiz, cəmi 20 saniyə!


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Dediyim kimi, yuxuları çox nadir hallardayadımda saxlayıram. Amma bu yuxular, elə-belə, adi yuxular deyil. Məsələn, bu,insanların mənə münasibəti, yaxud görəcəyim işin uğurlu, ya uğursuz olmasıylabağlı ola bilər. İllər öncə həyatımda dönüş yaradacaq bir hadisə olacaqdı, birgün öncəsi, bir yuxu gördüm. Tam yadımda qalmadı, amma yuxunun mahiyyəti başverənlərdən peşman olacağımı ifadə edirdi. Mən yuxunu unutmağa, önəm verməməyəqərar verdim və unutdum da. Amma qısa bir vaxtdan sonra keçirdiyim peşmançılıq hissihəmin yuxunu yadıma saldı... Başqa bir nümunə. İllər öncə, instituta imtahan verdiyim günlərdə belə biryuxu görmüşdüm; kiçik bir dəhlizə daxil oluram və özlüyümdə deyirəm: "görəsənbura haradır, nə instituta, nə də məktəbə bənzəyir”. Bir neçə gündən sonra nəticələraçıqlandı; mən institutlardan birinə qəbul olmuşdum. İnstituta gələndə məlumoldu ki, 1-ci kursun dərsləri əsasbinada keçmir, bizi bir az aralıda olan ikinci binaya göndərdilər. Kiçik vəqaranlıq dəhlizə daxil olar-olmaz içimdən bir fikir keçdi: "Çox qəribə yerdir,nə instituta, nə də məktəbə bənzəyir...”Həmin anda anladım ki, bu məkan yuxuda gördüyüm yerin eynisidir. Çox qəribətəəssürat idi... Bəzən də belə hallar olur; məsələn, hansısa adam, yaxud hadisəsizə son dərəcə tanış gəlir və tam əminsiniz ki, daha öncə bu adamı real həyatdagörməmisiniz və ya bu hadisənin şahidi olmamısınız. Oneyrologiya (yuxugörməniaraşdıran elm) ilə məşğul olan araşdırmaçılar deyir ki, bu tanış hadisələri, butanış adamları siz nə vaxtsa yuxuda görmüsünüz və doğma təəssürat da burdanqaynaqlanır...


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxuvə ən gözəl yuxu hansılardır?

- Atam vəfat etdiyi gecə gördüyüm yuxunuunuda bilmirəm. O anamla birgə pəncərəmizdən mənə əl eləyərək çağırırdı... Sağlığındamənə deyirdi ki, yuxuda səni həmişə balaca qız kimi görürəm və sənin üçün çoxnarahat oluram, çox vaxt qan-tər içində yuxudan oyanıram. Çünki uşaq vaxtı çoxxəstəliklər keçirmişdim və xəstəliyimlə bağlı təlaş və qorxular onun təhtəlşüurundaömürlük özünə yer eləmişdi...

Yaradıcılıqlabağlı gördüyüm yuxular ən gözəl yuxulardandır. Hətta yuxuda musiqi bəstələdiyim olub!


- Bəziadamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimləronu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Ümumiyyətlə, mənə elə gəlir, insanların əksəriyyətiyuxuları ağ-qara görür. Belə hesab olunur ki, rəngsiz yuxu görənlər daha çox əşyalarınobrazlarına diqqət yetirirlər. Rəngli yuxuları isə xəyal dünyası zəngin olan vəintellekti yüksək insanlar görür. "Rəngli yuxular görürəm” deyir şairlərdənbiri. Yəqin ki, bu sözlərlə hansısa mənanı ifadə etmək istəyib.


- Hansıdoğmanızı daha çox yuxuda görürsünüz?

= Daha çox mərhum atamı yuxuda görürəm. Vəmaraqlıdır ki, yuxularımda o, ölməyib, sağdır. Atamın sağlığında mən axşamlaronun dincəlmək üçün uzandığı divanın yanında, ya da yerdəcə oturub gün ərzindəbaş verənləri danışırdım. Atam demək olar ki, reaksiya vermir, hərdənbirqımışırdı. Bəlkə də mənim "mülahizələrimə” gülürdü. İndi yuxularımda da elədir.Yenə də ona olanlardan danışıram. O da yenə gülümsəyir...


- Yunan filosofu Heraklın yuxu haqda məşhurbir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxudaolanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”.Siz necə fikirləşirsiniz?

- Atalardeyib, qorxulu yuxu görməkdənsə, ayıq yatmaq yaxşıdır. Təxminnən eyni mənanıifadə edir. Realist insanların doğrudan da bir dünyası var və yaxşı da, pis dəonun içindədir, ondan kənarda deyil. Mən də yuxuda yaşayanlardanam. Heraklındediyi kimi, "yuxulardan” "yuxulara keçirəm”. Bu da insan təbiəti və daxilidünyası ilə bağlı olan bir məsələdir.


- Sizə görə yuxularımız həqiqətə çatdırırbizi?

- Yəni yuxuda olanda biz daha az yuxudayıq? Bumənada bəlkə də həqiqətin hansısa payına qovuşa bilərik. Fazil Kısakürəyin buşeiri şəxsən mənim həqiqətimi ifadə edir:

Könlüm nə dərdlidir,nə də bəxtiyar

Nə kəndisinəyar, nə kimsəyə yar,

Bir röyauğrunda mən diyar-diyar

Kölgəmin izinədüşər, gedərəm...