adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2017 11:51
205456
RUBRİKA

"Yuxular insana Allahı xatırladır" - YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir.Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axınıbizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı”rubrikasının bu dəfəki qonağı jurnalist, publisist Qurban Yaquboğludur.Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

Doğrusu, mən yuxularla bağlı Freyd nəzəriyyəsini tam şəkildə qəbul eləməyəçətinlik çəkirəm. Bəzi yuxular keçmişlə, reallaşmayan arzularla, qorxularla,travmalarla bağlı ola bilər. Ancaq bu, röyaların gerçək mənasını tam əhatə eləmir.

Yuxularıninformasiya yükü barədə tez-tez iddialar irəli sürülür. Yəni hansısa yuxuda gələcəkləəlaqəli şifrəli informasiyaların olduğu deyilir. Mən bu sonuncu tezisi qəbuledirəm. Yuxu mənzərələri çox zaman simvolik xarakter daşıyır və onun dilini yayaxşı yuxuyozanlar, ya da həmin yuxunu görənlər bilir. Yuxular sirli aləmdi...

Yuxularınbaşqa bir missiyası da var, zənnimcə. Bizə güc qazandıran mənzərə açmaq, məna vəhikmət vermək missiyasını nəzərdə tuturam...


- Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Mənözüm hərdən yuxularıma təsir göstərməyə cəhd edirəm. Ya arzuladıqlarımı röyadagörmək, ya da hansısa problemlə bağlı çıxış yolu aramaq üçün "yuxu xidməti”ndənistifadə eləməyə can atıram. Doğrusu, bu, məndə nadir hallarda da olsa alınır.Heç bir vaxt tam şəkildə yuxuların təsiri altına düşmürəm, bu məsələdə mənəözünümüdafiə instiktləri də kömək eləyir. Bizim əsl gerçək həyatımız oyaqzamanda keçir.


- Yuxudan sonra onun yozumları haqda başsındırırsız?

- Təbii,düşünürəm. Yuxuların güclü təsir dövrü, adətən, günortaya qədər çəkir, uzağıaxşama kimi. Hərdən gecənin özündə, görünən kimi unudulan yuxular da olur. Təsirliyuxular görəndə bir qədər baş sındırıram. Yeri gəlmişkən, yuxuda təsir faktorunəyin əsasında formalaşır, bu da maraqlıdı – yuxunun rəngi, inandırıcılıq dərəcəsi,qəribəliyi, insanın içindəki hansısa mövzuyla üst-üstə düşməsi?.. Mən elə də zərərliyuxu görən adamlardan deyiləm.


- Yuxuların mistikhadisə olduğuna inanırsınızmı?

- Bəli, belə bir inanca sahibəm. Ümumiyyətlə,insanın və dünyanın mistik tərəfləri haqda mənim şüurumda oturuşmuş fikirlərvar, mənə elə gəlir, bunsuz həyatın,dünyanın mənası olmazdı. Demirəm, hər yuxu mistik bir mesajdı, onun şifrəsini təciliaçıb oxumalısan. Nəyi oxuya bilirsənsə - oxuyursan, nəyi oxumaq məsləhət deyil– göndərən onu daha qalın örtük altda gizlədib. Yuxu, röya insan həyatının birhissəsidi, onu heçə sayan, yuxusuz-hissiz yaşayan insanların mövcudluğuna inanabilmirəm. Lap belələri olsa da...


- Gördüyünüz yuxularçin olurmu, ya da əksinə?

- Yuxuların bəzisi dərhal, yəni həmin gün, bəzən dəgec çin çıxır. Olub ki, hansısa mənzərəylə qarşılaşanda onu illər əvvəl yuxudagördüyümü xatırlamışam. Bəzi yuxularsa məndə xoş təəssürat yaratmaqla ötüb keçir.Hər yuxunun öz missiyası olur yəqin... Mənasız, qat-qarış yuxuların hardan qaynaqlandığını, hardan gəlibhara getdiyini isə bilmirəm.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

- Belə yuxular olub. Məsələn, birini 6-7yaşımda görmüşəm, onu yazılarımın birində vermişəm də. Kiçik qardaşımla bağlıyuxuydu. Sonuncu unudulmaz yuxumu 2-3 il qabaq gördüm. Zahirən adi, qısa biryuxuydu – bəyaz göyərçin sinəmə girdi və ağrı verdi. Bu yuxu çin çıxdı.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Yox, yuxuda filmə baxmamışam. Amma yuxularımınçoxu ağ-qaradı.


- Hansı doğmanızıdaha çox yuxuda görürsünüz?

Anam dünyasını dəyişəndənsonra uzun müddət yuxumdan çəkilmədi, müəyyən fasilələrlə olsa da uzun zaman mənəəzab gətirdi. Mənim ən mürəkkəb, izahı çətin yuxu serialım budu.

Anamla bir yerdə yaşamırdıq. Mən 8-ci sinifdənevimizdən ayrılmışam. Orta məktəbin son iki ilini başqa kənddə, əsgərlikdən öncəkibir ili Sumqayıtda qalmışam. Əsgərlikdən sonra bir ili ailəmizlə keçirdim, vəssalam.Bəs nə üçün anam mənim yuxumdan çıxmırdı? Bunun mənası, alt-üst anlamı nəydi,şüurumun dərin qatına çökmüş ağrılı yaşantılar niyə məhz anam dünyadan köçəndənsonra ard-arda röyada üzə çıxdı? Bu ağrıların dözülməzliyi hardan qaynaqlanırdı?Məncə, bu yuxu – necə deyərlər – tək mənimşüuruma, psixikama, bütövlükdə mənim varlığıma bağlı deyildi. Burda anamın mənəmünasibətində də nələrsə vardı, qəliz tərəf həm də budu.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıqolan insanlar üçün tək bir dünya var. Yuxuda olanların isə hər birinin ayrı biraləmi var, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Yuxuyla gerçəkliyi ayrı-ayrı sferalar kimigötürməyin tərəfdarı deyiləm. Bunlar biri-birinin davamıdı, biz çox zamanyuxulardan həyat və yaşamaq gücü alırıq, bəzən bunun tərsi də olur. Hər haldainsan yaşamının mühüm hissəsi gecələrə, uyumağa və yuxulara bağlıdı. Bizgecələr şüurumuzda yaradır, tapşırıq alır və ya özümüz özümüzə işmüəyyənləşdirir, gündüzlər onu icra edirik. İnsan yalnız yuxuda başqa aləmlə -təbii üsulla - əlaqəyə girməyə nail olur. Yalnız bəsit insanlar maraqlı yuxugörə bilməzlər, onlara heç tapşırıqlar da verilmir.


- Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

- Yuxularımız bizə çoxlu mənzərə göstərir, bizi müxtəlifsituasiyalara salır. Bir sözlə, yuxulardan mesajlar alırıq. Ayıb yuxular daolur. Həyatda yaşamaq istədiyin, istəmədiyin vəziyyətlərlə də qarşılaşırsan. Yalançıyuxularımı mən tanıyıram, düzü... Məncə, yuxular insana özünü anlamağa köməkedir. Ən əsası Allahı xatırladır.