adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Sentyabr 2017 10:46
162563
RUBRİKA

Yuxularım boz rəngdə olur... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların,hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşənbir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unudabilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşanadamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar,ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər,sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaqinsanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir,qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalizZiqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır.Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəkiqonağı teleaparıcı, jurnalist Pərvin Əsgərlidir. Adalet.az müsahibəni təqdimedir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Əslində doğrudur. Gündəlikfəaliyyətimizdən bəzi məqamlar şüuraltı olaraqmüxtəlif forma və vasitələrləyuxumuzda ortaya çıxır. Bir növ bunu mesaj kimi də qəbul edə bilərik. Yuxu yozumuilə bağlı qərb və şərq yanaşmasının tərəfdarı deyiləm. Amma Qərbalimlərinin fikirləri daha çox mənimfikirlərimlə üst-üstə düşür. Belə düşünürəm ki, burda xüsusi bir mistikaaxtarışına ehtiyac yoxdur. Yuxu sadəcə gündəlik yaşantımızdan geri qalan ənyaddaqalan məqamların yuxumuzda yenidən peyda olmasıdır. Sadəcə bir az fərqlivə dəyişik formada.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuyagörə planlarınızı qurursunuz?

-Yox mən yuxuya görə plan qurmuram. Realist biri olduğuma görə yuxuyaelə yuxu kimi də yanaşıram. Düzünü desəm çox nadir hallarda yuxumu xatırlayabilirəm. Adətən yuxuda gördüklərimi unuduram. (gülür) Səbəbini dəbilmirəm.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-İnanın yuxuya mən bir az da əyləncəli birhadisə kimi yanaşıram. Onu o qədər də ciddiyə almıram. Bəzən dostlar, tanışlar danışırki, axşam çox əcaib və yaxud da qorxunc yuxu görmüşəm. Görəsən günüm necəkeçəcək? Yəni bir az narahatçılıq keçirdiklərinin şahidi oluram. Məndə isə elədeyil. Yuxu idi, gördüm, bitdi, getdi. Vəssalam. Düzü o qədər məşğul oluram ki,gün ərzində gördüyüm yuxunun aqibəti haqqında düşünməyə vaxt qalmır.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yox. İnanmıram.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Çox yaxşı sualdır. Bir fikirləşim qoy. Yuxularımın çin olduğunuxatırlamıram. Adətən belə eşitmişik də.Yuxuda gördüklərimizin əksi olurreallıqda. Məndə isə heç biri olmayıbhələki. Amma bəzən çin olmasını istədiyim yuxularım olur. İnşallah bir günonlar çin olacaq. Məmnuniyyətlə onda sizinlə bölüşəcəm. (gülür.)


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Ən yaddaqalan yuxumda çox hündür bir dağdan yıxılmışam. Hələ dəunuda bilmirəm. Həqiqətən yuxuda çox qorxmuşdum.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür.Siz necə düşünürsünüz?

-Yuxularım daha çox boz rəngdə olur. Düzünüdesəm yuxunun ağ və yaxud da qara olub-olmaması məsələsi mənim üçün dəmüəammalı olaraq qalır. Çünki görüdüyüm yuxuların əksəriyyətinin hansı rəngdəolduğunu xatırlaya bilmirəm. Əslində yuxunun unudulması normaldır. Bunu alimlərdə araşdırıb və sübut ediblər ki, yuxuların90%-ni oyandıqdan 5 dəqiqə sonra unuduruq.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Daha çox valideynlərimi yuxumda görürəm. Onu da qeyd edim ki, hərikisi həyatdadır. Amma nədənsə yuxumda daha çox onları görürəm. Ola bilsin ki, həyatda daha çox dəyər verdiyim insanlarolduqlarındandır.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Fikrimcə oyanıq olanların dünyasındamübarizə aparib qalib gəlmək və yaxud da uduzmaq daha mürəkkəbdir. Nəinkiyuxuda olanların dünyasında.Yuxuda vaqe olanlar isə biz göz qapaqlarımızı açana qədər bizə hakim kəsilir.


-Dahi yazıçılardan, rəssamlardan,filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Rəssam və filosof hələki, görməmişəm yuxuda. Sonuncu dəfəyuxuda Çingiz Abdullayev mənə yazdığı kitabı hədiyyə edirdi. İnana bilməzsinizsevincimin həddi hüdudu yox idi. Ayıldım vəyuxu olduğunu biləndə çox məyus olmuşdum. (gülür) Çingiz Abdullayevin daimioxucularındanam. Və həyatımdakı müəyyən dönəmlər olub ki, oxuduğum ÇingizAbdullayev kitabları məni xilas edib. Oxuduqca sanki aydınlanıram və fikirlərimzənginləşir.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Deməzdim ki, yuxularımız bizi həqiqətəçatdırır. Sadəcə olaraq həyatda reallaşmasını istədiyimiz lakin reallaşmayanhadisələr yuxumuza girir. Bu da onu göstərirki, yuxu şüuraltı qatımızda qalanların inikasıdır.