adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Fevral 2017 11:24
200116
RUBRİKA

"Yuxularım məni həqiqətə çatdırır" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar,şairə Sevinc Elsevərdir. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

Bəli, elədir. Bəzi arzular lap gizlindədi deyə özümüzün də oarzulardan xəbərimiz yoxdu. Belə yuxulardan ayılandan sonra təəccüblənirik.Amma bir az dərindən fikirləşəndə, yuxularımız özümüzü dərk etməyimiz üçün ənyaxşı vasitədir. Daxili dünyamıza açılansehrli bir qapıdır. Bəzi arzularsa lap aşkardadı, hətta birbaşa bədənləbağlıdı. Bizim bir atalar sözümüz var: ac toyuq yuxusunda darı görər. Atalarımız Froyddan da qabaq bu məsələniçözüblər. Yuxuda görürsən ki, qonaqlıqdasan, bəh-bəh stolun üstündə hər cürnaz-nemət, ayılıb görürsən ki, acından mədən ağrıyır. Ya götürək elə uşaq olanda hamımızın gördüyüməşhur yuxunu. Yuxuda görmüşük ki, qəşəng bir çəmənlikdi, qəşəngcə oturmuşuq, səhərayılanda görmüşük ki, altımızı islatmışıq.Nənəm Novruz bayramlarında yandırdığımıztonqalla oynayanda təpinərdi. Deyərdi ki, şeytan sizi aldadar, gecə altınızıisladarsız. Oynamayın odla-ocaqla. Yəni, yuxuna yanğın girər, su tökərsən. Buda səni aldadar. Nənəmin bu xəbərdarlığıda yuxunun fiziolojimizlə birbaşa bağlı olduğuna işarəydi. Qədim nənələrimiz,babalarımız da bunu bilirmişlər.

Yuxu həmdə həmin günün təəssüratlarıyla bağlı olur. Məsələn, deyirlər ki, uşağa yuxudanqabaq acıqlanmazlar, gecə yuxusunu qarışdırar. Böyük adam da elədi. Gərgin birgün keçirirsənsə, gecə yuxunu mütləqqarışdırırsan.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

Yuxularıma əsasən, xəstələndiyimi proqnozlaşdıra bilirəm. Məsələn,yuxuda görəndə ki, bədənimə qarışqa, ya hansısa həşərat daraşıb. Bilirəm xəstələnəcəm.Bunu sınamışam. Hətta qabaqlayıcı tədbirlər də görürəm. Yaxud yuxuda görmüşəmqar yağıb, üşüyürəm. Halbuki ayılanda görmüşəm otaq istidi. Bilmişəm ki, az daolsa qızdırmam var. Ya təzyiqim aşağı düşüb.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

Uşaqlıqda inanırdım yuxulara. Yozumları barədə baş sındırdığım daolurdu. Nağıllarda oxumuşdum ki, saraylarda yuxu yozanlar olurmuş. Məşhur yuxuyozanlar şahların yuxusunu yozurmuş. Axundovun "Aldanmış kəvakib” adlı məşhur əsərinixatırlayırsız da. Hətta anamın evdə"Yuxuyozumları ” adında bir kitabı vardı. Düzü yuxu görən kimi durub o kitabıda vərəqləyirdim. Böyüklərə danışırdım. Amma çox qorxulu yuxuları danışmamağı məsləhətgörürdülər. Deyirdilər ki, pis yuxu görəndə dörd yol ayrıcına pul sal. Buağırlığı götürür. Xalq arasında yuxu ilə bağlı çoxlu inanclar var. Suyadanışırlar. Başlıqda bunu siz də qeyd eləmisiz. Yuxunu kiməsə danışmağabaşlayanda ilk cümləni belə qurmalısan: "Suya danışıram...” Bunların hamısını rəhmətliknənəm deyirdi...


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

Yuxularda mistika axtarmıram. Ammabaşa düşə bilmədiyimiz yuxular var. Məncə, bu onunla bağlıdı ki, insan özü üçündə axıradək açılmır, qapalı qalır. Şüur altında gedən proseslərlə, çoxdan tanışolduğumuz qorxularla, unutduğumuz əhvalatlarla, adamlarla, gizli arzularlabağlı yuxularımız var ki, onları yozmaqda, anlamaqda çətinlik çəkirik. Sonra dabunu mistika ilə əlaqələndiririk. Mən yeniyetməlik dövründə tez-tez qiyamətiyuxuda görürdüm və bu, məni çox incidirdi. İş elə gətirmişdi ki, mən yatmaqdanqorxurdum. Gündüzləri heç yatmırdım. Gecələri də tək yata bilmirdim. Sonra birdaha belə yuxu görmədim. Sonra başa düşdüm ki, o yuxular nəyin nəticəsiymiş? Mənyeniyetmə olanda televiziyada, qəzetlərdə tez-tez yekə-yekə bekar adamlaryığılır, 2000-ci ildə dünyanın dağılacağından danışırdılar. Mən də yeniyetməqızcığaz, hələ universitetə girməmişəm, hələ sevilməmişəm. Arzularım var.Öz-özümə düşünürdüm ki, bəs qiyamət yaxındadısa, dünya dağılacaqsa, mən niyəyaxşı oxuyuram?! Bəs onda mən tələbə ola bilməyəcəm? Mən sevilməyəcəm? Vay! Mənbu dünyadan nakam köçəcəm. Bu, məni o qədər incidirmiş ki, mən bu cür yuxulargörürmüşəm. Böyüdükcə oxudum, gözüm açıldı, inandım ki, hamısı boş söhbətdi. Həmino dəhşətli yuxular da məni tərk etdi. Yəni, demək istəyirəm yuxularımızda başverən hər şey bizim düşüncələrimizlə, dünyaya, özümüzə münasibətimizlə,qorxularımızla, arzularımızla bağlıdı.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

Yuxularım çin olur, o mənada ki, mənyuxularıma əsasən xəstələnəcəyimi bilirəm. Bir də yaxın adamlarla bağlı narahatlıqları hiss edəbilirsən. Bu da hamıda olmur. Çox həssas adamlar hiss edə bilir. Yuxuda anamı pərişan görəndəzəng edirəm ona. Hər dəfə də ya o xəstələnmiş olur, ya yıxılmış olur, yada atamla dalaşmış olur.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

Mən adətən yaxşı yuxu görmürəm. (gülür) Çünkinevrozam. Gecələri rahat yata bilmirəm. Qorxularım çoxdu. Ağrılarım çoxdu.Səhərə qədər dəfələrlə oyanıram. Elə olur ki, qorxulu yuxudan ayılıram, yeriminiçində kitab oxuyuram ki, təzədən yuxum gəlsin. Yatıram, eyni yuxunun davamınıgörürəm. Bilirsiz ki, yuxular əslində çox qısadı. Deyəsən ən uzun yuxumuz üç dəqiqəsürür. Amma sənə elə gəlir ki, yuxunun içində uzun zaman yaşamısan. Bütövgecəni yuxu görmüsən. Bu da onunlabağlıdı ki, bədənimiz oyanmağa yaxın biz yuxu görürük. Ağır yatanda yuxu zadgörmürük.

Mən heç vaxt yuxuda içi qızılla dolu küptapmıram. Yaxud Nobel mükafatı almıram yuxuda da olsa. (gülür) İşıqlı fraqmentlərgörmüşəm. Məsələn, çiçək açmış ağac, gül açmış kol... Yuxularımın böyük əksəriyyətinarahatlıqlarımla bağlıdı.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Ağ-qara yuxulardıçoxu. Amma rəngli yuxular da var. Uşaq olanda bir dəfə yuxuda gördüm ki,qıpqırmızı maşınım var. O qədər xoşbəxtəm ki, sürətlə gedirəm. Atamın qırmızı "0-11”-i vardı. Bizi o maşınlabalıq tutmağa, sirkan tərəsi, göbələk yığmağa aparırdı. Amma hər dəfə də bunu şərtqoyaraq edirdi. Hərəmizə bir tapşırıq verirdi, kim tapşırığı eləsə onu aparırdıözüylə. Yuxuda gördüyüm həmin qırmızı maşın atama üsyanım idi. Onun acığınagörmüşdüm o yuxunu.

Mən bu barədə heçvaxt fikirləşməmişdim ki, niyə insanlar ağ-qara yuxular görürlər. Amma qəfilağlıma maraqlı bir səbəb gəldi. Siz bilirsinizmi ki, uşaqlar anadan olduğu ilk aylarda rəngləri seçəbilmirlər. Onlar məhz ağ-qara görürlər. Rəngləri isə onlar böyüdükcə ayırabilirlər. Bəlkə də dünya haqqında ilkin təəssüratımızla bağlıdı bizim ağ-qarayuxularımız. Axı ilk dəfə beynimizə o şəkildə köçürmüşük dünyanı. Amma əlbəttə,bu bir ehtimaldı...


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

Nənəmi yuxuda görmək istəyirəm.Amma görə bilmirəm. Onu yuxuda görəndə həmişə güllü mavi donda olur. Amma bəlkədə heç elə bir donu olmayıb. Başqa bir donda xatırlayıram halbuki.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

Hə. Yuxu görən adamlar ikili həyatyaşayırlar sanki...


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

Yuxularımızın böyük əksəriyyətiilk növbədə özümüzlə bağlıdı. Diqqətli olsaq, yuxularımız vasitəsilə özümüzübaşa düşərik, psixoloji sorunlarımızı çözərik. Hətta özümüzə psixoloji yardımbelə edə bilərik. Elə olub ki, hansısa bir situasiyada kiçik də olsa haqsızlığayol vermişəm. Yuxuda bu mənə aydın olub. Yuxuda bunu başa düşmüşəm. Sən demə, əslindəiçimin dərinliyində hardasa elədiyim əmələ, ya dediyim fikrə qarşıyammış. Özümühaqsız bulurammış. Elə olub ki, yuxuya görə hansısa əməldən çəkinmişəm, yaxud hansısaadama qarşı münasibətimi dəyişmişəm. Bu mənada yuxularım məni həqiqətəçatdırır, bəli. Mən yuxularıma qarşı çox diqqətliyəm. Yuxularım mənim müəllimimdihəm də. Özümü, dünyanı, başqalarını dərk etməyimdə...