adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Noyabr 2017 14:35
184261
RUBRİKA

Yuxuyozma kitabları cəfəngdi - YUXU QAPISI

Yuxuhəyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin oüzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıqişıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hərgün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır.Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim obiri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəifssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froydyuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə,yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxuqapısı” rubrikasının bu dəfəki qonağı tanınmış filosof, dosent MüşfiqŞükürovdur. Adalet.az müsahibəni təqdim edir.


-Froydagörə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş,pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Yuxular fərqli planda, fərqli dərinlikdəaşkarlanırlar. Froyd ən geniş yayılmış yuxuları tədqiq edir. Digərlərini dəonlara müncər edir, zorla həmin sxemə soxmağa çalışır. Bu səbəbdən, tələbəsiYunq zamanla yuxuların yozumunda daha dərin, kollektiv qeyri-şüuri ilə bağlıformalarına meyllənir. Sanki bu bəsitliyi aradan qaldırmaq üçün.

Amma Froyd heç də bəsit deyildir. Yuxularınəksəriyyətinin mədəniyyətin insantəbiətinə basqısının nəticəsi olaraq aşkarlandığını, sublimativ xarakterliolduğunu, bizə nəsə çatdırmaq istədiklərini, simvolizmini yaxşı açdı.


-Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

-İndi az yuxu görürəm. Son 10 olar. Gördüyümyuxuları ciddiyə alıram. Onların mənə nə demək istədiyini anlamağa çalışıram.Bəzi yuxularım olur ki, növbəti 5-6 ilimin istiqamətini nişan verir. Bəzən dahaçox. Əvvəlki, başqa həyatlarım barədə, tamam fərqli təcrübələr barədə işarələrolur.

Bilirsiniz, ağıl insana çox şeydə yardım olur budünyada. Amma bütün yardımçılar kimi, sonradan adama sahiblənməyə meyllidirağıl da. Sənə sahiblənir və sonra həqiqəti səndən gizlətməyə başlayır. Sənəyalnız öz sistemindəki "bilikləri” sunur. Yuxular ağıla tabe olmadığından gerçəklik,sənin gerçəkliyin barədə fərqli məlumatlar, ağılın sənə çatmasını istəmədiyiməlumatları ötürür. Beləcə, harda olduğunu, necə olduğunu fərqli mənbədənöyrənə və vəziyyətini qiymətləndirə bilirsən. Yuxular insanı ağıl əsarətindənçıxarır.


-Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

-Təbii düşünürəm. Yuxuların simvolizmində ümumiməqamlar olsa da (məsələn, kollektiv şüursuzluğun kodları) insan öz yuxularınıtam olaraq, yalnız özü aça bilər qənaətindəyəm. Çünki yuxular onun özünün özünəməktublarıdır. Bir az da şəxsi simvolizm olur yuxularda. Kifayət qədər həssasağıllı adam oxuya bilər öz yuxularını.

Bəzi kitablar var yuxuyozma barədə. Cəfəng, gülməlişeylər çoxdur o kitablarda.

Hər bir halda, yuxular bütün adamları narahat edir.Çünki daşıdıqları informasiya çox dərindən və bu səbəbdən də çox etibarlımənbədən gəlir. İnsan yuxularının əhəmiyyətinə şübhə edə bilmir. Dərinlik - həqiqlikdəlili kimi çıxış edir bu zaman. İnsan özünə yer tapmır. Kimilər suya danışır,kimilər başqalarına... Hərə bir cür çarə axtarır narahatlığına.


-Yuxularınmistik hadisə olduğuna inanırsınızmı?

-Təbii. İnanıram. Hərçənd yorğunluqdan və psixolojibasqılardan dolayı yaranan yuxular da çoxdur. Onları zamanla insan tanımağıöyrənir. Bəzi yuxular, ümumiyyətlə, gələcəkdən xəbər verir. Mən dəfələrlə eləyuxular görmüşəm. Və sonra o yuxuların həyata keçdiyini də görmüşəm.Anlaşılmazdır. Tamamilə rasionalizmə ziddir. Bayaq dedim, yuxular insanıağılın, rasionalizmin hökmündən də azad edir. Rasionallıqdan yararlanmaqlazımdır. Rasionallığa bərabər olmaq – insan kimi qurumaqdır. Ekzistensiyanındaha dərin qatları ilə əlaqəni itirməkdir. Təbii ki, asan və sxematik deyil buməsələlər. Hər irrasional olan da müdrikdir anlamına gəlib çıxmamalıdır. Şərqdəindi rasionalizmin hökmü azdır. Səbəbdən də insanlar əzab çəkirlər. Qərbəqaçırlar, ədalət və ağlabatanlıq axtarışları ilə. Dəlixanaya döndərmişik həyatıŞərqdə. Amma Qərb adamı da daxildə öz rasionallığından çıxış axtarır. Şərqin dinitəlimlərinə marağı da ondandır. Bir zamanlar Fukuyama Qərbin sonunuproqnozlaşdırırdı. "Tarixin sonu” əsərində. Çünki rasionalizm qələbə çaldıqdansonra başqa çıxış yolu qalmır. Lakin tarixin təkəri fırlandı, Avropa Şərqdəngələn qaçqınlarla doldu. İndi istənilən qədər irrasionalizm var Qərbdə. Gəmiyəminib gəmiçi ilə dalaşırlar. Gülməli şeylər də çoxdur. Amma hər bir halda, buirrasionalizmin müdaxiləsi oldu. Qəribə də olsa, Qərbi mənəvi ölümdənqurtaracaq bu. Onlara reaksiya vermək üçün Qərb adamları yenidən mənəvi fəalolmağa, yenidən fəlsəfi problemlər üzərində baş sındırmağa başlayacaqlar.Qaçqınlar qərbliləri mənəvi ölümdən qurtaracaqlar, paradoksal səslənsə də.


-Gördüyünüzyuxular çin olurmu, ya da əksinə?

-Anlamadığım, yoza bilmədiyim yuxularım da çox olur.Çin çıxan yuxularım da. Hər bir adamda olan kimi. Taleyim, ruhum barədədüşünürəm belə hallarda.

Ümumiyyətlə, proqnostik yuxular ağla böyük birçağırışdır. Və insanı müdrikliyə yönəltmək ağlının sərhədlərini dağıtmaq,genişləndirmək üçündür. Bu, min illər əvvəl də belə idi. İndi də belədir.Məsələn, Bibliyada və Quranda Yusif peyğəmbərin yuxu yozmaları təsvir olunur.Hələ baş verməmiş hadisələrin dolğun təsviri yuxularla gəlir. Necə ola bilərbu? Bizim elmi, rasional ağlımız dəli olur belə informasiyalar qarşısında. Səbəb-nəticəəlaqələrini görmək olmur. Hadisə hələ baş verməyib, amma gələcək göstərilir.

Amma mən yuxuların dəyişdirilməsinə də inanıram.Yəni yuxu xəbərdarlıqdır. Uzaq Şərqdə yuxuların transformasiyası üzərindəişləyənlər də olub. Yəni taleyin dəyişdirilməsi üzərində. Hər bir haldainformasiya (yuxu da o cümlədən) fəaliyyət üçün, korreksiya üçün əsasdır.


-Həyatınızdagördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Təbii belə yuxularım olub. Lakin onları mən ən yaxındostlarıma danışıram. Düşünmürəm ki, bu platformada bunu etmək lazımdır. İntimməsələdir yuxular. Hamıya da danışmaq olmaz.

Bircə onu deyim ki, doğru olub olmadığını. Düz gedibgetmədiyimi yuxularımdan öyrənmişəm. Bu halda adam dəlilini öz içərinsindən alır.Başqalarının rəyindən asılı olmur, düzmü gedirəm, əyrimi gedirəm...Manipulyasiya edə bilmirlər səninlə. Sənə yalançı amallar aşılaya bilmirlər.Ağlını aldada bilmirlər.


-Bəziadamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimləronu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Düşünməmişəmbu barədə. Rənglərə fikir vermirəm yuxularımda. Varmı, yoxmu? Əsas süjetdir,məzmundur. O, bütün ruhumu zəbt edir. Kinoda da belədir. Nə fərqi var ağ-qaraya rəngli. Yaxşı kino olsun. Biz uşaqlığımızda bütün filmlərə ağ-qara baxırdıq.Ağlayırdıq, gülürdük. Qətiyyən bu barədə düşünmürdük.


-Hansıdoğmanızı daha çox yuxuda görürsünüz?

-Özümü.Bəzən ailə üzvlərimi, bəzən dostlarımı. Hamı kimi.


-Yunanfilosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlarüçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmivardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Fikrin kontekstini hiss edə bilmədim. Hər bir halda,bir şey var bu fikirdə, yuxular gerçəkliyə əlavədir. Onun sərhədlərinigenişləndirir. Gerçəkliyin gerçəkliyə sığmadığının dəlilidir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləriyuxunuzda görmüsünüz?

-Heçzaman, heç kimi görməmişəm. Ağsaçlı, ağ paltarlı müqəddəslər, peyğəmbərlərfalan da görməmişəm heç zaman. Amma bu cür yuxular çox danışıblar mənə. Dediyimkimi, mənə görə, yuxu sənin özünün özünə məktubundur. Burada sənin inancların,simvolların, kodların əlifba rolunu oynayır. Sən xristianlığa cəlbolunmusansansa, xristian müqəddəslərini, islama cəlb olunmusansa, müsəlmanmüqəddəslərini, ateistsənsə, məsələn, Saqanı görə bilərsən yuxularında və s. Busənin daxili aləminin seçimləri ilə bağlıdır. Kainat sənə informasiyanı səninetibar etdiyin simvollar dolayısı ilə çatdırmaqda problem görmür. Mövcudluqüçün İsa ilə Saqan obrazları arasındafərq yoxdur.

Görünür,daxilən mən, heç bir avtortetə sığınmıram. Ondan irəli gəlir. Heç bir obrazınmənim ruhum üzərində həlledici avtoriteti yoxdur. Ona görə də görmürəm,dahiləri yuxularımda. Hərçənd sevdiyim dahilər də çoxdur.


-Sizəgörə yuxularımız həqiqətə çatdırır bizi?

-Təbii ki,yuxular özünüdərkin əhəmiyyətli hissəsini təşkil edir. Yuxular həyatımızdairrasional başlanğıcı təmsil edir bu baxımdan. Həm rasional, həm də irrasionalbaşqlanğıcların vəhdətində insan müdrikliyə doğru irəliləyir. Rasional başlanğıcdan məhrum şüurirrasionalizm cəfəngiyyatına sürüklənir, irrasional başlanğıcdan məhrum,rasionalizmə sarılmış şüur isə həyatın quruması, ölməsi demək olur.