16 Iyul 2024 15:02
84
SİYASƏT

Zahid Oruc seçki dairəsini DƏYİŞDİ

Milli Məclisin bitərəf deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Adalet.az xəbər verir ki, o, 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq.

"Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq”,- deyə Zahid Oruc bildirib.

Qeyd edək ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc 2020-ci ildə keçirilən parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. O, seçkidə 69.4 faiz səs toplamışdı.