16 Iyul 2024 16:33
74
GÜNDƏM

Naxçıvanda Penitensiar xidmətə yeni avtomobillər təqdim edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə yeni avtomobillər təqdim edilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə məhkumların daşınmasını həyata keçirən müasir tipli iki ədəd yeni xüsusi avtomobil verilib.

Bildirilib ki, Penitensiar Xidmətin Mühafizə Taburunun avtomobil parkının yenilənməsi məhkum və həbs edilmiş şəxslərin məhkəmələrə və istintaq orqanlarına vaxtında çatdırılmasını, onların etibarlı mühafizə olunmasını təmin edəcək.

Qeyd olunub ki, “Fiat Dukato” və “Fiat Doblo” markalı xüsusi təyinatlı avtomobillərdə məhkumların təhlükəsiz daşınması və müşayiət xidmətinin aparılması üçün hər şərait yaradılıb. Yeni təqdim edilən avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə və səsgücləndirici, mühafizə sisteminə malikdir.