16 Iyul 2024 15:26
83
GÜNDƏM

Bakıya yeni elektrik qatarı gətirildi

"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı Dəmiryol Vağzalına çatıb.

Adalet.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək", - deyə məlumatda qeyd olunub.