16 Iyul 2024 15:16
110
GÜNDƏM

"Krokus"  terrorunda"rus barmağı" 

“Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktını Mərkəzi Asiya və Avropa ölkələrinin nümayəndələrindən ibarət beynəlxalq komanda təşkil edib. Onların arasında ruslar da var”.

Adalet.az
xəbər verir ki, bu barədə “Rosfinmonitorinq”in rəhbəri Yuri Çixançin Federasiya Şurasında çıxışı zamanı bildirib.
“Crocus City”yə gəlincə, araşdırmalar davam edir. Amma deyə bilərəm ki, onlar müxtəlif ölkələrin vətəndaşlarından ibarət beynəlxalq komandadır. Bunlar Mərkəzi Asiya ölkələrinin, Avropa ölkələrinin və s. nümayəndələridir”, - o qeyd edib.
Qeyd edək ki, Moskvada “Krokus Siti Holl”da törədilən terror aktı ilə bağlı 20 müttəhimdən 18-i həbs edilib. Məlum teraktdan sonra Rusiyada miqrantlara qarşı münasibət sərtləşib. 2024-cü ilin yanvar-aprel aylarında Rusiyadan 22 minə yaxın xarici vətəndaş çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Xatırladaq ki, martın 22-də “Krokus Citi Holl” konsert zalında törədilən terror aktı zamanı 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

 Əntiqə Rəşid