16 Iyul 2024 12:57
82
GÜNDƏM

Dövlət Xidməti: Bədbəxt hadisədə həlak olan hərbçimizə şəhidlik statusu verilə bilər

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Abbasov Yunis Vasif oğluna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.

Adalet.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

“Həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir. Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.