16 Iyul 2024 09:13
63
GÜNDƏM

Metroda problem yarandı

Bu gün səhər “Bakı Metropoliteni”nində problem yaranıb.

Bu barədə Adalet.az-a qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, “Dərnəgül” stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb:

“Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sisteminə yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Qatar baxış keçirildikdən sonra hər hansı problem müəyyən olunmadığı üçün yoluna davam edib”.

Qurum rəsmisinin sözlərinə görə, ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.