16 Iyul 2024 11:54
66
HADİSƏ

İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı

İki gün öncə dənizdə batan oğlanın meyiti sudan çıxarılıb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.