Ramil Şeydayev "Neftçi"də
![](https://adalet.az/uploads/img/posts/2024/07/16/47png-1721122725.png)
"Neftçi" yeni transferini açıqlayıb.
Adalet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.
Hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, milli üzvünün son klubu Türkiyənin II Liqa təmsilçisi "Kocaelispor" olub.