16 Iyul 2024 11:11
56
İDMAN

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

“Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxacaqlar. Cəbəllütariqin “Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İlk matçda 1:0 hesablı qələbə qazanan “Linkoln” növbəti mərhələyə vəsiqə qazanmağa daha yaxın tərəfdir.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində ilk matçını səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bu raundun oyunları iyulun 23-24-də və 30-31-də olacaq.