16 Iyul 2024 10:12
75
HADİSƏ

Bakıda usta binadan yıxıldı

Bakıda usta yeni tikilən binadan yıxılıb.

Adalet.az xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.

Ağır xəsarətlər alan şəxs  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.