16 Iyul 2024 11:43
61
DÜNYA

Vens Ukrayna üçün təhlükədir

Respublikaçılar partiyasından vitse-prezidentliyə namizəd seçilmiş Ceyms Devid Vens Ukrayna üçün təhlükə yaradacaq. Bu barədə Polotico qəzetinə avropanın yüksək çinli məmuru bildirib.

 Onun sözlərinə görə, Vensin vitse-prezident postuna təyin olunması Kiyev üçün faciə olacaq.

 Daha əvvəl ABŞ prezidenti Co Bayden də, Vensin namizədliyini müzakirə edərkən bildirmişdir ki, Donald Trampın və Vensin hakimiyətə gəlmələrinə imkan verməyəcək. 

 Tramp çox düşünəndən sonra, 39 yaşlı Vensi vitse-prezident postunda görməyə qərar verdi. 

 Vens dəfələrlə Ukrayna münaqişəsini tənqid edib, ABŞ-ın Ukraynaya hədbi yardımlar göstərməsinin əleyhjnə olub. O, bildirib ki, Ukraynaya maliyyə yardımlarının göndərilməsi ABŞ-ın dövlət maraqlarına xidmət etmir. Vens, həmçinin Ukraynaya göndərilən yardım paketlərinin əleyhinə səs verib.

 Dəfələrlə yazmışdıq, "ABŞ-a ümid edən, sonda çıraqsız qalacaq."

 Rüstəm Hacıyev