16 Iyul 2024 11:31
50
DÜNYA

FTB xəbərdarlıq etdi

ABŞ-ın Federal Təhqiqatlar Bürosu və daxili işlər nazirliyi, Trampa qarşı sui-qəstin intiqamının alına biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə Politico qəzeti güc strukturlarının sənədlərinə istinadən məlumat verib.

 "FTB və daxili işlər nazirliyi sui-qəsdə cavab verilə biləcəyindən  narahatdılar"- deyə qəzetin yaydığı məlumatda bildirilir.

 Sənədlərə əsasən, qeyd olunur ki, intiqam təhlükəsi seçkilərlə əlaqədardır. Bununla yanaşı güc strukturları kimlərə qarşı hücumlar təşkil edilə biləcəyi barədə məlumat verməyiblər. Həmçinin sənədlərdə  "ekstrimistlərin daha əvvəllər siyasi və ideoloji rəqiblərinə qarşı belə aktraın keçirilməsində iştirakı" barədə də məlumat verilmir.

 FTB sosial şəbəkələrdə ABŞ prezidentliyinə namizədlərlə bağlı təhdid dolu ritorikaların artdığını bildirirlər.

 Xatırladırlq ki, bu ayın 13-də, Pensilvalidə keçirilən mitinq zamanı, prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd planı həyata keçirilmişdir.

 Rüstəm Hacıyev