İranda zəlzələ oldu
![](https://adalet.az/uploads/img/posts/2024/07/16/13jpg-1721110591.jpg)
İranın Kerman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub.
Adalet.az xəbər verir ki, hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib.
Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə məlumat yoxdur.