16 Iyul 2024 10:53
61
DÜNYA

Lavrov ABŞ-də səfərdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfər edib.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz teleqram kanalında açıqlayıb. 

Lavrov ABŞ-də BMT Təhlükəsizlik Şurasının iyulun 16-17-də baş tutacaq iclasında iştirak edəcək. 

Qeyd edək ki, iyulun 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik bir aylıq Rusiyaya keçib.