16 Iyul 2024 09:07
69
DÜNYA

Husilər Aralıq və Qırmızı dənizdə 3 yük gəmisini vurub

Yəməndəki husilər Qırmızı dəniz və Aralıq dənizində ballistik raketlər və pilotsuz uçuş aparatları ilə 3 gəmini hədəf aldıqlarını açıqlayıblar.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri verdiyi açıqlamada "BENTLEY I" və "CHIOS Lion" adlı gəmilərin Qırmızı dənizdə PUA və ballistik raketlərlə hədəf alındığını bildirib.

Seri, həmçinin "İraq İslami Müqavimət" qruplaşması ilə birlikdə Aralıq dənizində "Olvia" adlı gəmini hədəf aldıqlarını bildirsə də, gəmilərin hansı ölkələrə aid olduğu barədə məlumat verməyib.