16 Iyul 2024 11:28
52
DÜNYA

Tramp Ukrayna münaqişəsini necə həll edəcək?

Financial Times qəzeti Macarıstanın baş naziri Viktor Orbana istinadən yazır ki, ABŞ-ın eks-prezidenti Donald Tramp yenidən prezident seçilərsə, Ukraynanı Rusiya ilə danışıqlara başlamağa məcbur etməyi planlaşdırlr.

 "Biz seçkilərə qədər Trampdan hər hansı sülh təklifləri gözləmirik. Lakin, mən əminliklə deyə bilərəm ki, Tramp seçildikdən sonra, hətta inaqurasiyanı gözləmədən sülhpərvər fəaliyyətinə başlayacaq"- deyə Orban bəyan edib.

 Macarıstanın baş naziri xüsusiylə qeyd edib ki, Trampın sülh prosseslərinə başlanması üçün yaxşı işlənmiş planları var. Orban hımçinin bildirib ki, bu vəziyyətdə Avropa İttifaqına üzv dövlətlər, sülh prossesini sürətləndirmək üçün Rusiya ilə diplomatik əlaqələrini mütləq bərpa etməlidirlər. 

 Xatırladırıq ki, Çin də, Braziliya ilə birgə hazırladığı plana əsasən Avropa İttifaqınını Ukrayna münaqişəsinin həlli istiqamətində danışıq tonunu dəyişməyi məsləhət görüb.

 Rüstəm Hacıyev