16 Iyul 2024 11:33
62
GÜNDƏM

Onlar təhlükəsizliyimizi yüksək səviyyədə qoruyurlar...  

Daxili İşlər Nazirliyi həmişə  ictimai asayişi qoruyub və  cinayətkarlığa  qarşı ciddi mübarizə aparıb! Hər bir Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir.  

Ona görə  də bu xalqın polisə böyük hörmət və məhəbbət var! Heç Avropa ölkələrində polis bizimkilər kimi insanların təhlükəsizliyini təmin edə bilmirlər.  

 Aşura günü də Azərbaycan polisi bütün məscidlərdə mərasim iştirakçılarinın həyatını yüksək səviyyədə qoruyurdu və mən bir Azərbaycan vətəndaşı kimi bundan qürur duyurdum! Biz səhər saatlarında

Bakının Yeni Günəşli yaşayış sahəsindəki " Fatimeyi-zəhra" məscidində olarkən bir daha  bunalrın şahidi olduq! Şahidi olduq ki, Çevik Polis Alayının və Post- patrul xidmətinin əməkdaşları mərasim iştirakçılarının təhlükəsizliyi üçün bütün qabaqlayıcı tədbirlərı görmüsdü.Polisin belə yüksək səviyyədə xidmətindən məscidə mərasimə  gələnlər  çox razılıq etdilər və dedilər ki, Allah Azərbaycan Polisini qorusun!!! Biz də onların  fikirlərinə qüvvət verərək " Amin!"- dedik!!!

Emil Faiqoğlu