15 Iyul 2024 11:53
141
HADİSƏ

Ermənistanda zəlzələ: Azərbaycanda hiss olundu

Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə Adalet.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.