15 Iyul 2024 09:58
150
HADİSƏ

Bakıda qadın yanaraq ÖLDÜ

Suraxanıda qadın mənzildə baş verən yanğın zamanı yanaraq ölüb.

Adalet.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydə alınıb.

Fərdi evdə yaşayan 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya Usbat qızı yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın zamanı hadisə yerində yanaraq ölüb.

Fakt araşdırılır.