Zelenski bir şərtlə danışıqlara razılıq verdi

Ukrayna prezidenti Volodimir Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna liderinin "YouTube" kanalındakı müraciətində deyilib.
Zelenski münaqişənin 2025-ci ildə bitməsi üçün bütün imkanların olduğunu vurğulayıb. Ukrayna lideri əlavə edib ki, ABŞ prezidenti Donald Tramp da vəziyyətin tezliklə həllini istəyir.
Onun sözlərinə görə, ABŞ və Avropanın Ukraynadan əl çəkməyəcəyi və təhlükəsizlik zəmanəti verəcəyi başa düşülsə, istənilən formatda danışıqlara hazırdır.
Zelenski qeyd edib ki, ukraynalılar münaqişə zamanı prezident seçkilərinin keçirilməsinin əleyhinədirlər. Hərbi vəziyyət dayandırılarsa, ordu itiriləcək və əsgərsiz səsvermə “vicdansızlıqdır”.
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
