Zelenski: “Putin tezliklə öləcək və hər şey bitəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.
Adalet.az xəbər verir ki, bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə Putinin məqsədləri və qorxularından danışarkən deyib.
“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski müsahibəsində vurğulayıb.
72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü Zelenski izah etməyib. BBC-yə görə, müsahibənin ümumi konteksti və bu ifadənin oradakı yeri Zelenskinin ən yaxın gələcəyi nəzərdə tutmadığını ehtimal etməyə imkan verir.
Digər Xəbərlər

Tramp Putinə əsəbiləşib

The Economist: Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər

Ərdoğan: Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir

Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir

İran ABŞ-la birbaşa danışıqlardan imtina edib - Pezeşkian

Dəniz bazasına zərbə endirəcəyik - İrandan ABŞ-yə HƏDƏ

Türkiyə XİN: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır
