Zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrin sayı açıqlandı
“Zəlzələ nəticəsində daha çox dağıntıya məruz qalan bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur”.
Adalet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. O bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət - Mersin və Elazığda təhsil alan tələbələrimiz var:
“Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Amma onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Zəlzələ baş verən bölgədə olan tələbələr - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04


Bakı -°C

