"Zəngəzur dəhlizi qlobal ticarətə güclü təkan verəcək strateji layihədir” - Elçin Əmirbəyov
"Zəngəzur dəhlizi qlobal ticarətə güclü təkan verəcək strateji layihədir”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “In Terris” nəşrinə müsahibəsində deyib.
“Bu, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edəcək. Əsasən, bu, təkcə Azərbaycan və Ermənistan və ya region ölkələri arasında birləşdirici əlaqə deyil, eyni zamanda, daha geniş mənada Asiyanı Avropa ilə birləşdirən alternativ yola çevrilə bilər”, - deyə Əmirbeyov bildirib.
Onun sözlərinə görə, İrəvanın “dəhliz” ifadəsi xoşuna gəlmirsə, o zaman “nəqliyyat”, “yol”, “kəsişmə” kimi terminlərdən istifadə edilə bilər.
“Ermənistan bu məsələdə öz öhdəliklərini yerinə yetirməsə, əslində bizim alternativ variantımız var. Azərbaycanın əsas hissəsinin İran ərazisindən keçən dəmir yolu və avtomobil nəqliyyatı ilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi layihəsi qısa müddət ərzində həyata keçiriləcək. Ermənistan isə regional çıxılmaz vəziyyətində qalacaq və bu, ermənilərin öz seçimi olacaq”.
Digər Xəbərlər
29 Aprel 2026 10:54
“Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin...”
29 Aprel 2026 10:54
“ABŞ və İran arasında danışıqlar prosesi kuliminasiya nöqtəsindədir”
29 Aprel 2026 10:51
“Biz Azərbaycan-Türkiyə qardaşlığını göz bəbəyi kimi qorumağa...”
28 Aprel 2026 19:46


Bakı -°C

