Zəngəzur dəhlizində tikinti işləri gələn il tamamlanacaq - RƏSMİ
"Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikintisi işlərinin gələn il tamamlanması nəzərdə tutulur".
Adalet.az xəbər verir ki, bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.
Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq–qərb, həm də şimal–cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək. Azərbaycan ərazisində dəhlizin tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.
Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: “Qars–Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzur dəhlizinin istismara verilməsi ilə Orta Dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq. Öən il Çindən Avropa istiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir".
Digər Xəbərlər
08 Iyun 2026 16:36
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTOLAR
08 Iyun 2026 10:57
Azərbaycanın dövlət büdcəsinin gəlirləri açıqlandı - RƏQƏMLƏR
05 Iyun 2026 10:41
Qızıl və gümüş ucuzlaşdı
05 Iyun 2026 09:16
“Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi...”
04 Iyun 2026 21:30
“Bitkoin”in qiyməti düşdü
03 Iyun 2026 13:34
“Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə...”
03 Iyun 2026 12:53
5 ildə məcburi köçkünlərin sosial müdafiəsi üçün bu qədər vəsait ayrılıb
03 Iyun 2026 12:28


Bakı -°C

