Zəngilanda 86 nəfər stomatoloji müayinədən keçirilib
Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda səyyar stomatoloji müayinə aksiyası təşkil olunub.
Adalet.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən keçirilən ikigünlük aksiya zamanı ümumilikdə 86 vətəndaş tibbi müayinədən keçirilib.
Aksiya çərçivəsində Zəngilan sakinlərinə fərdi stomatoloji konsultasiyalar verilib, ağız və diş sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim olunub. Müayinələr zamanı vətəndaşların ağız boşluğunun vəziyyəti qiymətləndirilib, mövcud stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.
Tibbi xidmətlərin göstərilməsi zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib. Bu da səhiyyə xidmətlərinin xüsusi infrastruktur imkanları tələb etmədən əhaliyə çatdırılmasına şərait yaradıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
23 Noyabr 2026 17:54
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
23 Noyabr 2026 15:43
Dişin ağrıyır?
23 Noyabr 2026 14:00
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
22 Noyabr 2026 23:30
Gürcüstan surroqat analığı qadağan edir
22 Noyabr 2026 23:00
Piyada gəzməyin bu xeyri var
22 Noyabr 2026 18:49
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
21 Noyabr 2026 13:14
Ən ölümcül xərçəng növünün müalicəsində - Ümidverici nəticə
19 Noyabr 2026 07:43


Bakı -°C

