adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ABŞ ATƏT-in rolunda - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1117 | 2023-02-27 10:54

ATƏT deyilən guya bir beynəlxalq təşkilat var, onun da bir Minsk qrupu deyilən qurumu. Bu təşkilat guya Avropada baş verən münaqişələrin dinc yolla həllinə çalışır, əslində isə menaqişənin həlli əvəzinə, onun on illərlə uzanması və daha da dərinləşməsinə "vasitəçilik" edir. Biz buna 30 ilə yaxın davam edən Ermənistanın Azərbaycan torpaqlarının işğslı zamanı şshid olduq.

İndi isə 2014-cü ildən bu günə kimi davam edən Rusiya - Ukrayna münaqişəsində bir daha əmin olduq. Əslində formal olaraq bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olmalıydı, lakin görünən odur ki, ABŞ bu missiyanı əvvəldən öz üzərinə götürüb və heç də məsələnin daha da uzanmasında mənasız qurumdan az iş görmür.

ABŞ prezidrntinin beynəlxalq əlaqələr üzrə məsləhətçisi Ceyk Sallivan NBC telekanalına bildirib ki, ABŞ hakimiyyəti Krımın kimə məxsus olması məsələsini gələcəyə saxlamağın mümkün olduğunu düşünür: "Krım kimə məxsus olması məsələsinə ABŞ hakimiyyəti gələcəkdə də baxa bilər".

Əslində bu kimi vədləri, sözləri, bəyənatları düz 30 il gözlədik, sonda erməni separstçıları tərəfindən işğal olunmuş torpaqlarımızın böyük bir hissəsini tam olaraq 44 günlük vətən müharibəsi yolu ilə azad etdik, demək olar ki, ərazi bütövlüyünü bərpa etdik.

İndi Ağ Evin rəsmisi ATƏT-in rolunu üzərinə götürüb, hələ Ukraynaya bir məsləhət də verir: "Kiyev hakimiyyəti diqqətini az müddətə həll oluna biləcək məsələlərə yönəltməlidir ki, ABŞ-ın da köməkliyi ilə Ukrayna silahlı qüvvələri döyüşlərdə üstünlüyü ələ ala və ərazi bütövlüyünü bərpa edə bilsinlər".

Ukraynanın ərazi bütövlüyü, Krımın kimin nəzarətində qalıb-qamaması Sem dayını qətiyyən maraqlsndırmır. Əsas plan bu münaqişə-müharibəni mümkün qədər uzatmaq, Rusiyanı gücdən salmaqdır. Rusiyz isə "yorulsa da" tezliklə gücdən düşənə oxşamır. Adam resursları çox, silsh-sursatlarının isə say -hesabını heç Putin də düz əməlli bilmir.

 

 

TƏQVİM / ARXİV