ABŞ prezidrnti Donald Tramp bəyan edib ki, Kiyevin Krımı Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi, münaqişənin sülh yolu ilə tənzimlənməsinə mane olur.(???)
Dünyaya demokratiya dərsi keçmək iddiasında olan bir dövlətin başçısı bəyan edir ki, Ukrayna prezidenti Volodimir Zelenski Konstitusiyaya istinad edərək, yarımadanın Rusiyaya məxsus olmasını tanımaq istəmir. (Yəni işğalı qəbul eləmir. R.H.)
"Bu bəyənat (Zelenskininin bəyənatı. R.H.) Rusiya ilə sülh danışıqlarını pozur. Krım çox illər bundan əvvəl, ABŞ prezidenti Barak Hüseyn Obamanın vaxtında itirilib və müzakirə obyekti ola bilməz"-deyə Tramp, Truth Social sosial şəbəkəsində yazıb.
Bu da dünyaya ağalıq etmək niyyətində olan bir dövlətə rəhbərlik edən adamın, sərhədlərin "Beynəlxaq hüquqla toxunulmazlığı və zorla dəyişdirilməsinə yol vermək olmaz" qaydalarına "demokratik yanaşma" tərzi.
Birləşmiş Ştatların prezidenti, Beynəlxalq səviyyədə tanınmış və Ukrayna Konstitusiyasında təsbit olunmuş, hazırda Rusiya tərəfindən işğal olunan Krım yarımadasını tanımadığına görə, Zelenskini qınayır..?
Hələ bu da azmış kimi, Tramp Ukraynaya ultimatum göndərərək tələb edir ki, Vaşinqtonun münaqişənin sülh yolu ilə həll olunması planını qəbul etsin. Yəni, əslində tələb edir ki, Zelenski ərazilərinin işğal olunmasıyla razılaşsın, ağ bayraq qaldırsın və təslim olma aktına imza atsın. ABŞ prezidenti
bu sözləriylə faktiki olaraq Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə haqq qazandırır.
Hələ utanmadan bəyan edir ki, ABŞ münaqişənin siyasi yolla həll olunması üçün bütün imkanlarından istifadə edib. Yaxşı ki, ağlı kəsib "demokratik yolla" ifadəsini işlətməyib...
Biznes maraqları xatirinə bir ölkəni kapitulyasiyaya məcbur etmək, işğalçı bir dövlətin tərəfində olmaq, hansı demokratik dəyərlərə söykənir? "Krım məndən əvvəlki prezidentlərin vaxtında işğal olunub və ona görə də müzakirə obyekti ola bilməz" -deyə söyləyən Tramp, görəsən hansı məntiqə söykənir?