adalet.az header logo
  • Bakı 20°C

ABŞ maliyə böhranı ilə üzləşə bilər - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
2040 | 2023-03-13 12:01

Martın 11-də məlum oldu ki, ABŞ-ın Silicon Valley Bankı iflasa uğrayıb. Kremni vadisinin baş bankının iflası, regional kredit təşkilatlarının defold zəncirinə qoşulmasına səbəb ola bilər. Düzdür bunun tezliklə baş verəcəyi gözlənilmir, lakin bir sıra banklar artıq təşvişə düşüblər.

Reuters agentliyi qeyd edir ki, 2008-ci il maliyyə böhranından sonra, bu ABŞ -da bağlanmış ən böyük bankdır. Düzdür həmin vaxtlar hökumət, ölkə iqtisadiyyatını qorumaq üçün bir çox bankı iflasdan xilas etməyi bacardı. Lakin hazırki böhran, o zamankından fərqlidir.

Martın 12-də ABŞ prezidrnti Co Bayden çıxışında amerikan bank sistemlərinin müdafiə olunacağı anonsunu versə də, sonradan 13 martda məlum oldu ki, ABŞ hakimiyyəti müflis olmuş Silicon Valley Bankını almaq imkanlarını müzakirə etmir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan ddib ki, ABŞ-ın bank sistemlərini xilas etmək cəhdləri dünyada böyük problemlər yaradacaq. Xanım Zaxarova həmçinin ABŞ prezidenti Co Baydenin Silicon Valdey Bankın iflasa uğraması və Signature Bankın bağlanması ilə bağlı çıxış edəcəyini şəhr edərək lağla bildirib ki, "Sabaha qədər gözləməyə ehtiyac yoxdur. Amerikanın bank sistemlərinin dayanaqlığının necə saxlandığını uşaq da bilir. Kraska və kağız, nə qədər istəyirsən dollar çap elə. Onsuzda o pulların arxasında heç nə yatmır. Çap ediləcək təminatsız dollar ketləsi dünyada böyük problemlər yaradacaq".

Bildirilir ki, SVB-nin iflasa uğramasının əsas səbəbi, müştərilərin bir gün ərzində öz hesablarından 42 milyard dollar vəsaitin çıxarnasından və bankın aksiyalarının 66 faiz aşağı düşməsindən sonra başlayıb. Bank küllü miqdarda vəsait bahasına apardığı uğursuz əməliyyat nəticəsində müştərilərinin əmanətlərini qaytarmaq gücündə olmayıb. Müştərilər tələm-tələsik qalan vəsaitlərini çıxarmağa tələsiblər. Nəticədə bir gün sinra bank rəsmi olaraq iflasa uğradığını etiraf edib.

 

 

TƏQVİM / ARXİV