ABŞ prezidenti Putinə 50 gün vaxt verdi -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
128 | 2025-07-15 09:06

Tramp deyəsən rəqəmlərlə oynaya-oynaya prezidentlik müddətini başa vurmaq istəyir

"Əgər 50 gün ərzində Putin Ukrayna ilə razılaşa bilməsə, onda Rusiya Federasiyasına və onunun ticarət tərəfdaşlarına qarşı təlrar sankdiyalar tədbiq ediləcək"- deyə amerikan lider yenə nöbbəti müddətini elan edərək, coşub-daşdı

Ağ Evin sahibi Vaşinqtonda  NATO-nun baş katibi Mark Ryutte ilə görüşdə, bəyan edib ki, antirusiya sanksiyaları sərtləşdirilə bilər.

"Əgər 50 gün ərzində razılaşma (Rusiya ilə Ukrayna arasında) əldə olunmasa, biz (Moskvaya qarşı) çox ağır gömrük rüsumları tədbiq edəcəyik"-deyə Tramp bildirib. ABŞ prezidentinin sözlərinə görə, bu 100 faizə yaxın bir rəqəm olacaq. Amerkan lider əlavə edib ki, "biz Rusiyadan narazıyıq, mən çox narazıyam".

Birləşmiş Ştatların yeni prezidenti, deyəsən rəqəmlərlə baş qata-qata,  prezidentlik müddətini başa vurmaq istəyir. Əvvəl müharibəni 24 saata, daha sonra 24 həftəyə, altı aya və s. bitirəcəyi vədləri baş tutmadı.  Yəqin indi də,   ümid edir ki, 50 günə ruslarla ukraynalılar bir-birilərilərini qırıb qurtararlar. 

 Rusiya prezidenti açıq şəkildə, Kremlin ruporu, "sadiq köpəyi" Vladimir Solovyovun diliylə bəyan edir ki, "bizə sülh lazım deyil, bizə qələbə lazımdır". Tramp isə, NATO-nun baş katibi Ryutte ilə, Ukraynaya Rusiyanın dərinliklərini və hətta Moskvanı vurmaq üçün uzaqməsafəli raket sistemləri göndərməyi müzakirə edir.

Bu isə o deməkdir ki, hələ uzun müddət Moskva Ukraynanın, Kiyev isə, Rusiyanın şəhər və kəndlərinin altını üstünə çevirəcəklər...

 Donald Trampın prezident seçilməsində İlon Maskın müstəsna rol oynadağına kimsə şübhə etmir,  Maskın özü də bunu açıq elan edir. Az müddət sonra Tramla aralarında yumşaq desək  ciddi fikir ayrılığı yaranması da, kimsəyə sirr deyil. Trampın Maskın hansı təklifini qəbul etməməsinin əsas səbəbi kimi, guya iqtisadi tərəf göstərilsə də, başqa qeyri adi-məsələn dünyaya ağalıq etmək üçün, boş-boş vədlər vermək əvəzinə, insanlara "terapiya şoku" yaşatmaq təklifi də, ola bilərdi və ya həqiqətəndə olub..?

Dünyanın internet resurslarına və hazırda cəmiyyətdə sürətlə irəliləyən süni intelekt məkanına da, Maskın müdaxilə etmək imkanlarını nəzərə alsaq, onda onun Trampa təkliflərinin nə qədər effektli olduğunu sübut etmək üçün, guya "son vaxtlar günəşdə görünməmiş partlayışlar baş verə biləcəyi və bu partlayışların yer kürəsində ciddi fəsadlar törətməyəcəyi, lakin, guya yer ətrafı süni peykləri məhv edəcəyi və bununla da, dünyada internet, mobil telefonların, elektron vasitələrin fəaliyyətlərinin dayanacağı və yəqin ki, bir daha bərpası mümkün olmayacağı" barədə verdiyi bəyənatlar o qədər inandırıcı görünməsə də, hər halda diqqətə  almamaq da, olmaz. 

Bir anlıq təsəvvür etsək ki, Maskın dedikləri baş versə, dünyanı hansı fəlakətlər gözləyə bilər?  Ən azından, bu gün dünya əhalisinin 70-80 faizinin İnterneti həyatlarının əsas parçasına çevrildiyini, bir növ asılılığını  nəzərə alsaq, onda insanlar, narkomaniyaya qurşanmış narkotik istifadəçilərinin,  narkotik tapmayanda necə əzab çəkdikləri, anlaqsız hala gəldikləri vəziyyətinə düşməsi kimi halları təhlükəsiylə qarşlaşa bilərmi? Mask, insanlara " terapiya şoku" yaşatmaqla Trampa, əslində onun, təklifində  nə qədər haqlı olmasını göstərmək istəməzmi?

Yəqin, ABŞ prezidenti də, çoxları kimi Maskın bəyənatlarını  "blef" kimi qəbul edir və ona görə də, özünün nəticəsiz rəqəmləri ilə sonsuzluğa, daha doğrusu, prezidentlik müddətinin sonuna qədər getməyə üstünlük verir.  

Daha 50 gün gözləyək, sonra yenə 60 gün, altı ay... sonra ABŞ-da növbəti prezident seçkiləri başlayır,  və sairə, və ilaxır...

Ukraynada isə, çox təəssüf ki, qanlı müharibə daha da amansızlıqla, çoxsaylı insan tələfatları, şəhər və kəndlərin xarabalıqlara çevrilməsi ilə davam edir...

 

TƏQVİM / ARXİV